Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur

Bərdə, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılmış, Heydər Əliyev prospektində onun adını daşıyan park salınmışdır. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir.

Bildirildi ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzində Nüşabənin heykəli qoyulmuşdur. Parkda mövzusu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından götürülmüş 7 tablo hazırlanmışdır. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunmuşdur. Parkda abadlıq işləri aparılmış, iki bulaq qurulmuş, yaşıllıqlar salınmışdır. Burada Çay evi də fəaliyyət göstərəcəkdir. Parkın müasir işıqlandırma sistemi qurulmuşdur. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan oturacaqlar və Bərdədən tapılmış arxeoloji materiallar qoyulmuşdur.

Parkla tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Xoş gördük. Yenidən Bərdədə olmağımdan çox şadam, çox məmnunam. Bərdəyə son dəfə üç il bundan əvvəl gəlmişəm. Bu gün də buradayam, görürəm ki, çoxlu dəyişikliklər vardır. Buna çox sevinirəm, çox şadam. Əminəm ki, siz də sevinirsiniz.

Bərdə doğrudan da gözəlləşir, gülüstana çevrilir. Gözəl binalar tikilir, təmir edilir, parklar, istirahət zonaları, yaşıllıqlar salınır. Şadam ki, işlər çox yaxşı gedir. Bütün işlər böyük məhəbbətlə, zövqlə və insanların normal yaşamaları üçün görülür.

İndi Qəhrəmanlar parkında oldum. Böyük ərazini əhatə edir. Genişlənmək üçün əlavə təkliflər vardır. İcra başçısı yeni istirahət zonalarının yaradılması ilə bağlı təkliflər irəli sürdü, planşetlərdə göstərdi. Çox şadam ki, Bərdədə belə sürətli inkişaf, quruculuq, abadlıq işləri aparılır. Siz də bunların hamısını həm görürsünüz, həm bütün bu işlərin iştirakçılarısınız.

Keçən ilin əvvəlində Bərdəyə yeni icra başçısı təyin edilib. Siz də görürsünüz ki, dərhal çox böyük işlər görülməyə başlanmışdır. Əlbəttə, dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı vardır. Hər şey proqram üzrə gedir. Ancaq yerlərdəki işçilərdən, nümayəndələrdən çox şey asılıdır. Harada ki, işgüzarlıq, fəallıq və xalqa məhəbbət vardır, orada işlər də görülür.

Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır.

Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni Sərəncam imzalayacağam. Sərəncamda həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda, rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır.

Azərbaycanda bütün yerlərdə, demək olar ki, hər bir bölgədə inkişaf vardır. Haradasa daha sürətli, haradasa bir qədər yavaş, amma hər yerdə inkişaf vardır. Mən çox şadam ki, indi rayonlararası yarışma gedir. Əlbəttə ki, sağlam yarışmadır, sağlam rəqabətdir. Bu rəqabətdə uduzan yoxdur. Hər kəs ancaq qələbə qazanır. Hər rayon bundan ancaq fayda görür. İnsanların rifah halı yaxşılaşır. Bu gün Azərbaycan həm sosial siyasət, həm iqtisadi inkişaf baxımından dünya miqyasında nümunəvi bir ölkədir. Elə etməliyik ki, bu müsbət dinamika daim saxlanılsın və hazırda hələ də mövcud olan bütün problemlər gələcək illərdə öz həllini tapsın.

Şəhərlərin abadlaşması, gözəlləşməsi, tarixi simasının bərpası işləri çox sürətlə gedir. Biz bunu Bərdənin timsalında da görürük. Eyni zamanda, bütün infrastruktur layihələri də icra edilməlidir və icra edilir. Bu gün mən Yevlax-Bərdə yolunun açılışında iştirak etmişəm. Hazırda Bərdə-Tərtər yolunda tikinti işləri gedir. Birinci mərhələ artıq başa çatıbdır. İndi Bakı ilə rabitə daha da yaxşıdır. İndi magistral avtomobil yolu tikilir və genişləndirilir. Mən indi göstəriş vermişəm ki, bütün bu yolu Bakıdan Gürcüstan sərhədinə qədər dördzolaqlı edək. Birinci mərhələdə ikizolaqlı idi, indi bəzi hissələri genişləndirmişik. Dördzolaqlı yol daha da rahat olacaqdır. İnsanlar təhlükəsiz qaydada hərəkət edəcəklər.

Ölkə üzrə, o cümlədən Bərdədə digər infrastruktur layihələri icra edilir. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri başlanmışdır. Qarşıya vəzifə qoyulub ki, gələn ilin sonuna qədər içməli su layihəsi tam başa çatsın və Bərdə şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin edilsin. Yəni, bu kompleks yanaşma əslində bizim uğurlarımızı şərtləndirir, həm infrastruktur layihələri, kommunal xidmətin təkmilləşdirilməsi, abadlıq işləri və ümumi iqtisadi inkişaf.

Bərdənin iqtisadi göstəriciləri də çox yaxşıdır. Sənaye artır, iqtisadi artım vardır. Sosial infrastruktur, yeniləşdirilir. Məktəblər gözəl görkəm alır. Bu da Azərbaycana xas olan yanaşmadır. Biz indi bütün məktəbləri ən yüksək səviyyədə təmir etdiririk, həm daxili tərtibatı, həm xarici görünüşü. Mən istəyirəm ki, hər bir şəhərimiz gözəl, təmiz, səliqəli, yaşamaq üçün rahat olsun. Buna nail oluruq. Azərbaycana, nəinki Bakıya, bölgələrə gələn qonaqlar həm inkişafı, həm gözəlliyi, həm də bizim öz mədəniyyətimizə, tariximizə olan münasibətimizi görürlər. Bu da çox vacibdir. Çünki bunsuz heç bir uğur tam uğur sayıla bilməz, yarımçıq olar.

Tarixi keçmişimiz, mədəniyyətimiz bizim milli dayaqlarımızdır. Bunun üzərində müasir dövlət qururuq, artıq qurulub və dövlətçilik dayaqları möhkəmləndirilib. Əminəm ki, gələcəkdə daha da gözəl işlər görüləcəkdir. Planlar çoxdur. Bərdənin inkişafı ilə bağlı böyük planlar vardır. Kənd yolları da qaydaya salınır. Yeni planlar vardır. Biz indi kənd yollarının bərpası ilə bağlı ölkə miqyasında böyük proqramları icra etməyə başlamışıq. Elə etməliyik ki, insanların rifah halı ildən-ilə yaxşılaşsın, hər şey daha da kamil olsun və Azərbaycan inkişaf etsin.

Sizi bir daha salamlayıram və Bərdədə gördüyünüz işlərə görə sizə minnətdaram.

X X X

Rayon ictimaiyyəti adından Həsən HƏSƏNOV çıxış edərək dedi:

- Siz Bərdəyə Prezident kimi beşinci dəfədir ki, səfər edirsiniz. Bu səfərlərin hər birində bizlərə gördüyümüz işlərə, əldə etdiyimiz nailiyyətlərə görə yüksək qiymət verirsiniz. Bərdəlilərin dövlətçiliyə, Azərbaycan xalqına sadiq olduğunu vurğulayırsınız. Bu münasibətin bizim üçün böyük önəmi vardır. Bax, bu gün gördüyünüz bu möhtəşəm, əzəmətli Bərdə həmin münasibətin nəticəsidir.

Mən çox xoşbəxtəm ki, Tanrı mənə bu yaşımda Sizi bir daha görmək, Sizinlə görüşmək, söhbət etmək səadətini nəsib edib. Mənim yetmiş yaşım vardır. Əvvəllər nə olub, bunlar hamısı tarixdən məlumdur. Ancaq bu yetmiş ildə mən Azərbaycanda belə sürətli inkişafın, belə çiçəklənmənin şahidi olmamışam. Allah qəni-qəni rəhmət etsin, ulu öndərimizin rəhbərliyi dövründə də Bərdəyə yüksək rəğbət, yüksək hörmət olub. Bu şəhərin tərəqqisi, inkişafı həmişə onun diqqət mərkəzində olubdur. O, Bərdəni sevdiyini, bərdəlilərə böyük hörmət bəslədiyini dəfələrlə deyibdir. Ulu öndərimiz Azərbaycana rəhbərliyi dövründə on dörd dəfə Bərdədə olubdur. Bərdəlilərin əziz qonağı olubdur. O görüşlərin dördündə mən şəxsən iştirak etmişəm. Qədim Bərdəmizin bugünkü günü üçün də ulu öndərimiz deyirdi ki, mən istəyirəm Bərdə Azərbaycanın ən gözəl şəhərlərindən biri olsun. Bu gün iftixar hissi ilə deyirəm ki, Bərdə doğrudan da gözəl şəhərlərdən biridir və ulu öndərimizin arzusu məhz Sizin sayənizdə yerinə yetirilir. Bu, Sizin Azərbaycanın işıqlı gələcəyini hədəfləyən siyasətiniz nəticəsində mümkün olmuşdur. Xalqla rəhbər arasında olan bu sevginin, bu sevincin, münasibətin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulubdur və Sizin uzaqgörən siyasətiniz nəticəsində bu gün də inkişaf etdirilir. Heydər Əliyevin, ulu öndərimizin Azərbaycana verdiyi töhfələrin ən böyüyü isə Sizin kimi bir oğlu bu Vətənə bəxş etməsidir.

Möhtərəm cənab Prezident, icazə verin bütün bərdəlilər adından deyim ki, gecə-gündüz işləməkdən doymuruq, sevincimiz artır. Təkcə üzümüz, gözümüz yox, ürəyimiz, qəlbimiz gülür, ruhumuz oyanır.

Biz bərdəlilər gecə-gündüz əl-ələ verərək çalışırıq ki,

respublikada birincilər sırasında yox, respublikada birinci olaq. Bunun üçün gördüyümüz işlər zəmanət verir ki, biz buna nail olaq. Həm də başqa hər cür imkanımız vardır. Ən başlıcası Sizin kimi qayğıkeş Prezidentimiz, respublikamızın inkişafı naminə irəli sürülmüş təşəbbüsləri, yenilikləri qiymətləndirən və onu dəstəkləyən bir rəhbərimiz vardır.

Cənab Prezident, məlum məsələdir ki, Dağlıq Qarabağ kimi problemi olan və müharibə şəraitindəki bir dövləti inkişaf etmiş dövlətlər sırasına qaldırmaq böyük cəsarət, bilik, bacarıq tələb edir. Siz bütün bunların öhdəsindən bacarıqla gəlirsiniz. Biz inanırıq ki, Azərbaycan xalqı bu bəladan da, bu problemlərdən də Sizin sayənizdə uğurla çıxacaqdır. Tanrı bu müqəddəs işdə sizə kömək olsun.

Cənab Prezident, yaranmış şəraitdən, mənim çıxış etməyimdən və Sizin yaratdığınız bu mehriban atmosferdən istifadə edib, bərdəlilərin arzu və istəklərini də Sizin diqqətinizə çatdırmaq istəyirəm. Reallıq budur ki, Bərdə Qarabağ zonasının ən böyük şəhəridir. Hələ ulu öndərimizin vaxtından böyük tədbirlər, - istər regional, istər yerli tədbirlər olsun, - ümummilli liderimizin 1970-ci ildə bünövrəsini qoyduğu Mədəniyyət Sarayında keçirilir. Bu gün o sarayın təmirə ciddi ehtiyacı vardır. Biz istəyirik ki, Sizin sayənizdə o kompleks, o saray da Diaqnostika Mərkəzi kimi, Olimpiya İdman Kompleksi kimi təmir edilib bərdəlilərin ixtiyarına verilsin.

Cənab Prezident, bir daha Sizi Bərdəyə - yeni, müasir və qədim Bərdəyə, Qarabağa gəlməyinizə, bizə göstərdiyiniz bu qayğı və diqqətə görə minnətdarlığımızı bildiririk. Sizi Azərbaycanın, bütün xalqımızın ümid və inam yeri hesab edirik.

İcazə verin Sizi əmin edim ki, Prezidentimizə məhəbbətin mərkəzi şəhəri olan Bərdənin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına sadiq sakinləri bundan sonra da Sizin ətrafınızda sıx birləşəcək, Sizin müəyyənləşdirdiyiniz yolla gedərək yeni-yeni uğurlar qazanacaqlar.

Sizə cansağlığı arzu edirəm, Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun, xoş sözlərə görə minnətdaram. Siz qeyd etdiniz ki, mən Prezident kimi beşinci dəfədir Bərdəyə gəlirəm. Amma bildiyiniz kimi, əvvəlki dövrdə də dəfələrlə Bərdədə olmuşam. Ulu öndərlə bərabər, həmişə olmasa da, o 14 səfərdən bəlkə də 5-6-sında mən də onun yanında idim və mədəniyyət mərkəzi ilə də yaxından tanışam. Çünki orada tədbirlər keçirilmişdir və çox böyük, möhtəşəm bina idi. Tamamilə haqlısınız ki, Qarabağın mərkəzi şəhəri olduğu üçün məhz Bərdədə belə əzəmətli binanın tikilməsi qərarı verilmişdir.

Bilirəm ki, o mədəniyyət sarayı indi bərbad vəziyyətdədir və indicə icra başçısı bu məsələ ilə bağlı mənə məruzə etdi, konkret təkliflər vardır. Tapşırıqlar verdim ki, layihə işlənilsin, mənə təqdim olunsun və biz bu gözəl, möhtəşəm mədəniyyət mərkəzini bərpa edək.

SAKİNLƏR: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Əminəm ki, həm diaqnostika mərkəzindən, həm Olimpiya Kompleksindən daha da gözəl və möhtəşəm mədəniyyət sarayı olacaqdır.

SAKİNLƏR: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Ulu öndərin Bərdəyə olan münasibətini siz məndən yaxşı bilirsiniz. Hər il Bərdəyə səfər edirdi və Bərdənin o illərdə inkişafı üçün tarixi xidmətlər göstərirdi. Bu gün onun siyasətinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən bu sahədə də Azərbaycan dövləti öz siyasətini aparır. Bərdəyə xüsusi diqqət göstərilir, göstərilməlidir. Yenə də deyirəm, Qarabağ torpağıdır, qədim, tarixi şəhərdir və bərdəlilər bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində fəal olmuşlar, sadiq olmuşlar, öz əməyi, zəhməti ilə müstəqilliyi möhkəmləndirmişlər. Bu gün ölkəmizin inkişafı, iqtisadi potensialının gücləndirilməsi üçün Bərdənin çox böyük rolu, böyük potensialı vardır.

Gələcək illərdə, xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün Bərdə çox böyük töhfələr verəcəkdir. İnkişafla bağlı, kənd təsərrüfatının, emal sənayesinin inkişafı ilə bağlı böyük planlarımız vardır. Bütün bu planların bir hissəsi artıq reallaşıb, bir hissəsi də gələcəkdə reallaşacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, mən şəxsən şübhə etmirəm ki, biz bu məsələnin həllinə nail olacağıq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Belə nikbin əhval-ruhiyyədə olmağımın səbəbləri də aydındır - Azərbaycanın uğurlu, sürətli inkişafı. Hər bir sahədə - iqtisadiyyat, sosial məsələlərin həlli, hərbi quruculuq, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi - yəni bu gün Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz irəliyə gedirik, onlar isə geriyə gedir, tənəzzülə uğrayır. Bizim iqtisadiyyatımız artır, onların iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətindədir. Bizdə əhali artır, orada artıq demoqrafik fəlakət yaşanır, demək olar ki, həm təbii artım yoxdur, eyni zamanda, ölkədən kütləvi surətdə köç gedir. Ancaq onların rəsmi statistikasının məlumatlarına görə, ilin birinci yarısında təqribən 70-80 min insan ölkəni həmişəlik tərk etmişdir. Nəyə görə? İnamsızlığa görə, iş yox, ədalət yox və onların işğalçı siyasəti ilk növbədə, özlərinə böyük zərbə vurur. Biz ümid edirik ki, onlar bunu nəhayət, dərk edəcək və torpaqlarımızı sülh yolu ilə boşaldacaqlar. Əgər dərk etsələr, ilk növbədə, öz xalqına tarixi xidmət göstərmiş olarlar. Dərk etməsələr, mən tam əminəm ki, biz o torpaqları istənilən yolla qaytaracağıq, o torpaqlara qayıdacağıq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcəkdir.

Əlbəttə, bilirsiniz, bu ədalətsizlik hər birimizi üzür. Çünki bu, tarixi ədalətsizlikdir, hüquqi nöqteyi-nəzərdən, siyasi cəhətdən ədalətsizlikdir. İyirmi ildir ki, Ermənistan bütün sülh danışıqlarının mərhələlərində gedən ümidverici meyillərə balta vurur. Razılaşmaya bir balaca yaxınlaşarkən müxtəlif bəhanələrlə ya danışıqlardan yayınmaq üçün cəhd edir, yaxud da ki, ümumiyyətlə danışıqlardan imtina edir. Ona görə iyirmi ildir köçkün soydaşlarımız əziyyət çəkirlər. Bu, əlbəttə ki, xalqımız üçün çox ağır bir haldır. Ancaq eyni zamanda, tarix var və tarix qarşısında məsuliyyət var. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcəkdir. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq. Bəlkə də danışıqlar bir müddət də aparıla bilər, mən bunu istisna etmirəm. Ancaq danışıqların sonunda biz o torpaqlara qayıdacağıq.

Mən, əlbəttə istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür. Bu gün səhər Tərtərdə bölgə gəncləri ilə görüş əsnasında bir daha dedim ki, gənclər üçün bilik, savad, peşəkarlıq əlbəttə ki, çox vacibdir, eyni dərəcədə vətənpərvərlik vacibdir. Vətənə bağlılıq, Vətənə sədaqət - bunlar bizim cəmiyyətdə var və bütün bu amillər qələbəmizi şərtləndirəcəkdir.

Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Ermənistanın acı məğlubiyyətidir. Qoşulmama Hərəkatında 120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır. Azərbaycan bölgədə söz sahibidir və biz nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu siyasəti əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar.

Ona görə mən bir daha Qarabağ bölgəsində bu məsələ ilə bağlı istəyirəm fikrimi bildirim. Bu barədə dəfələrlə demişəm: Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalacaq və Azərbaycanın bayrağı Şuşada, Xankəndidə dalğalanacaqdır.

SAKİNLƏR: İnşallah! Sizin sayənizdə.

Prezident İlham ƏLİYEV: O günü yaxınlaşdırmaq üçün biz çalışırıq və çalışacağıq. Bütün bərdəlilərə yeni uğurlar, cansağlığı arzulayıram.

SAKİNLƏR: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir