Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir

İmişli, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İmişli şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin situasiya planını və İmişli şəhər su anbarları kompleksinin baş planını əks etdirən stendlərə baxdı.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə bir böyük layihə İmişli rayonunda da həyata keçirilir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1978-ci ildə yaradılmışdır. Mənbə kimi Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında qazılan 4 subartezian quyusundan istifadə olunur. Uzun müddətdir istismar olunan bu mənbənin su ehtiyatlarının keyfiyyətinin getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşma ehtimalının artması şəhərin içməli su təsərrüfatının yenidən qurulması zərurətini yaratmışdır. Buna görə də İmişlidə yeni su anbarları kompleksi yaradılmışdır.

Su mənbəyinin texniki göstəriciləri barədə məlumat verilərkən Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, İmişlinin su təchizatı və kanalizasiya sistemi şəbəkəsi tamamilə yenidən qurulacaqdır. Həmçinin rayon mərkəzi və magistral kəmərin keçdiyi ərazidə yerləşən 6 kəndə su veriləcəkdir. Layihəyə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün mənbə olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular seçilmişdir. Burada üç əsas subartezian quyusunda işlər başa çatdırılmış, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir.

Layihəyə uyğun olaraq, İmişli şəhərinə verilən suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq üçün müasir standartlara cavab verən laboratoriya və avtomatik idarə olunmanı təmin edən SCADA sistemi yaradılacaqdır.

Dövlətimizin başçısı rəmzi olaraq suyun şəhərə verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Əziz dostlar, əziz imişlililər! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün biz sizinlə bərabər bu tarixi günü bir yerdə qeyd edirik. Bir il bundan əvvəl İmişlinin su təchizatının yaxşılaşdırılması üçün çox önəmli hadisə baş vermişdir. Bu böyük su layihəsinin təməl daşını qoyduq. Çox şadam ki, bir ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini biz bərabər qeyd edirik. Yaxın həftələrdə bu su mövcud şəbəkəyə qoşulacaqdır. Bununla paralel olaraq yeni, müasir supaylayıcı şəbəkə qurulur. Beləliklə, İmişli şəhərinin içməli su problemi birdəfəlik həllini tapacaqdır.

Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki uzun illərdir ki, İmişli sakinləri təmiz, dayanıqlı içməli, suya möhtac idilər. Bu problem var idi. Mən bunu bilirdim və çalışırdıq ki, bu məsələni tezliklə həll edək. Çox şadam ki, nəhayət biz bu məsələni həll edirik və bu layihə, eyni zamanda, böyük ehtiyatla nəzərdə tutulmuşdur. Şəhərin inkişafını, əhalinin sayının artmasını nəzərə alır və 2035-ci ilə qədər bu layihə öz imkanlarını İmişli sakinlərinə təqdim edəcəkdir.

Bu, çox böyük tarixi layihədir. Çünki içməli su insan sağlamlığı üçün ən əsas məsələlərdən biridir. İnsan sağlamlığı isə bizim üçün, yəni dövlət üçün ən əsas məsələdir. Ümumiyyətlə, səhiyyə sisteminin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin təmiz içməli su ilə təmin edilməsi məsələləri diqqət mərkəzindədir.

Bu gün İmişlidə yenicə əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının açılışını qeyd etdik. Bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu gün, eyni zamanda, içməli su layihəsinin açılışını qeyd edirik. Mən əminəm ki, bu layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu məsələyə toxundum. Çünki biz, əlbəttə, iqtisadi islahatları uğurla icra edirik, bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Azərbaycan vətəndaşı yaxşı şəraitdə gözəl şəhərlərdə yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir.

Xüsusilə İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Mən dəfələrlə İmişlidə olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı bilən heç kim tapılmaz. Ancaq mən də, yəni, keçən il burada olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.

Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.

Bu dəyişikliklər əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin ediləcəkdir.

Dövlət isə öz tərəfindən siyasətini davam etdirəcəkdir. Ölkəmizin bütün yerlərində infrastruktur layihələri icra edilir, yollar çəkilir, sürətlə qazlaşdırma gedir, o cümlədən İmişlidə də qazlaşdırma gedir və qarşıya məqsəd qoyulmuşdur ki, İmişlidə qazlaşdırma yüz faiz səviyyəsində olmalıdır. Bütün kəndlər qazlaşdırılmalıdır. Əminəm ki, gələn ilin sonuna qədər biz bu məqsədə çatacağıq.

İçməli su layihəsinin başlamasını biz artıq qeyd edirik. Çəkilən su xətti bir ay ərzində ümumi şəbəkəyə qoşulacaq və imişlililər təmiz, dayanıqlı içməli suya malik olacaqlar. Eyni zamanda, kanalizasiya sisteminin yaradılması prosesi başlayıb, kənd yollarının tikintisi gedir. Sağlamlığı bərpa etmək üçün gözəl xəstəxana vardır. İstirahət etmək üçün gözəl parklar, küçələr, xiyabanlar salınır, məktəblər tikilir. Əgər imişlililər bu yüksək templəri saxlaya bilsələr, - mən əminəm ki, saxlayacaqlar, - çox qısa müddət ərzində İmişli ölkəmizin ən qabaqcıl rayonuna çevriləcəkdir.

Eyni zamanda, bu gün mən yeni sənaye müəssisələrinin açılışında da iştirak etmişəm. Bu da məni çox sevindirir. Özəl sektor tərəfindən yaradılan ən böyük taxıl anbarı İmişlidə açılmışdır. Eyni zamanda, ən böyük damazlıq yumurta fabriki açılmışdır. Bu, həm ölkə iqtisadiyyatına verilən bir töhfədir, eyni zamanda, yeni iş yerlərinin açılışı deməkdir, insanların rifah halının yaxşılaşdırılması üçün atılan çox vacib addımdır.

Bir daha deyirəm ki, iqtisadi siyasətimizin bir daha qayıdıram həmin bu məsələyə təməlində Azərbaycan vətəndaşı dayanır. İqtisadi islahatları aparmaq olar. Bəzi ölkələrdə bu, daha uğurlu olur, bəzi ölkələrdə o qədər də böyük uğur gətirmir. Ancaq vacib olan məsələ ondan ibarətdir ki, islahatları apararkən sosial məsələlər yaddan çıxmasın. Çünki transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatlar bəzi hallarda çox acı nəticələrə gətirib çıxarır. İnsanların yaşayış səviyyəsi aşağı düşür. İslahatlar insanların maddi rifahına mənfi təsir göstərir. Bax, gözümüzün qabağında Avropanın bəzi ölkələrində gedən proseslər dayanmışdır və biz bunu müşahidə edirik. Orada indi köklü islahatlar aparılır. Dövlət xərcləri ixtisar edilir. Bu islahatlar istər-istəməz insanların yaşayış səviyyəsinə çox mənfi təsir göstərir. Bizim islahatların üstünlüyü ondan ibarət idi ki, bu islahatlar sosialyönümlüdür. İslahatlar nəticəsində əldə edilən əlavə gəlirlər insanların rifah halının yaxşılaşdırılmasına sərf edilmişdir, ədalətli şəkildə. Ona görə biz gələcəyə də böyük ümidlərlə baxırıq.  Çünki iqtisadi sahədə növbəti illərdə ancaq və ancaq inkişaf gözlənilir, xüsusilə qeyri-neft sektoru sahəsində. Bölgə sakinləri də bu inkişafdan bəhrələnirlər və əminəm ki, uğurlar daha da böyük olacaqdır.

Azərbaycan regionda siyasi sahədə söz sahibidir, çox güclü mövqelərə malikdir, dünya miqyasında tədbirlərdə də çox fəal iştirak edir. Biz dünyanın ən aparıcı, ən böyük qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz dünya məsələlərinin həllində öz sözümüzü deyirik və gələcək illərdə bizim təsir imkanlarımız yalnız artacaqdır.

Sosial sferada nəzərdə tutulmuş bütün layihələr icra edilir. Bu layihələrin icrası insanların ildən-ilə artan maddi rifahında özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi artıq başa çatmaq üzrədir, gələn il başa çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır və vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir.

Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qurur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti müstəqillik dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi və siyasi cəhətdən müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Uğurumuzun dayanıqlı, davamlı olması üçün bütün bölgələr sürətlə inkişaf etməlidir. Bir daha demək istəyirəm ki, İmişli rayonunda gedən inkişaf çox müsbətdir, uğurludur.

Mən sizi əldə edilmiş bu uğurlar münasibətilə təbrik edirəm. Bütün İmişli sakinlərinə cansağlığı və yeni uğurlar arzu edirəm.

Sağ olun.

X X X

Rayon sakini Validə ZÜLFÜQAROVA İmişlinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident! Bu gün biz imişlililər üçün çox sevimli gündür. Ona görə ki, biz Sizinlə Muğanın barlı-bərəkətli mərkəzi olan İmişli torpağında yenidən görüşürük. Bu dəfə Siz bizə insan həyatı üçün əvəzsiz olan bir nemət, təmiz su bəxş edirsiniz. Təmiz içməli su rayonun inkişafı, insanların sağlamlığı üçün çox böyük məna daşıyır. İçməli su həyat deməkdir. Təmiz içməli su isə sağlam həyat deməkdir. Aran bölgəsində yaşayan sakinlər daha çox içməli sudan korluq çəkirdilər. Uzun illər rayonumuzun ərazisindən keçən Araz və Kür çaylarının suyundan istifadə edirdik. Bu da təbii ki, insanların sağlamlığına mənfi təsir göstərirdi.

Əvvəlki illərdə Sizin Sərəncamınızla rayonumuzun 13 kəndində quraşdırılmış sutəmizləyici qurğular insanların təmiz suya olan tələbatını qismən ödəsə də, bütün rayon əhalisini tam təmin edə bilmirdi. Bu gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza çatdırmısınız. Yeni çəkilmiş su xəttindən İmişli şəhəri və ətraf kəndlərin hamısı istifadə edəcəkdir. Biz inanırıq ki, Sizin tapşırığınızla qısa müddətdə İmişli şəhərində kanalizasiya xətti də çəkiləcəkdir. Bütün bunlar Sizin bizə verdiyiniz böyük töhfə və göstərdiyiniz qayğının bariz nümunəsidir.

İcazə verin, rayonumuzun sakinlərinin dərin minnətdarlığını və səmimi təşəkkürünü Sizə çatdırım.

Cənab Prezident! Siz regionlara səfəriniz zamanı belə bir fikir ifadə etmişdiniz: “Mən görülən işləri, insanlara yaradılmış şəraiti öz gözlərimlə görmək üçün buradayam!” Siz həmişə insanların problemləri, çətinlikləri ilə maraqlanır, onların firavan yaşamasına, rifah halının yaxşılaşmasına xidmət edəcək tədbirlər həyata keçirirsiniz. Bütün Azərbaycan xalqı kimi, biz imişlililər də bunu hər zaman hiss edir və Sizə arxalanırıq.

2010-cu ildə baş vermiş təbii fəlakət nəticəsində İmişli rayonunun 3 kəndi tamamilə su altında qaldığı zaman bizi bu bəladan qurtaran məhz Siz oldunuz. Sizin tapşırığınıza əsasən görülən təcili tədbirlər nəticəsində insan tələfatı olmadı, insanlar böyük çətinliklə üz-üzə qalmadı.

Cənab Prezident! Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf bölgələrdə də aydın şəkildə hiss olunur. Belə ki, İmişli şəhərində qazlaşdırma işləri artıq başa çatdırılmışdır. Rayonun kəndlərində isə qaz çəkilişi davam etdirilir. Yeni təhsil müəssisələri istifadəyə verilir, yollarımız abadlaşır. İmişli şəhərinin siması günbəgün yeniləşir, günbəgün gözəlləşir. Böyük abadlıq, quruculuq işləri aparılır. Sakinlərin normal istirahəti üçün şərait yaradılır. Rayonumuzdakı Mərkəzi Xəstəxana əsaslı təmir edilmiş və istifadəyə artıq hazırdır.

Bu gün isə Siz insanların normal həyatı üçün müstəsna əhəmiyyəti olan içməli su xəttinin açılışında iştirak etməklə rayon sakinlərinə daha böyük bir sevinc bəxş etdiniz.

Möhtərəm, cənab Prezident! Görülmüş bütün işlərə və biz imişlililərə göstərdiyiniz qayğıya görə, ilk növbədə Sizə minnətdarıq. Sizi əmin edirik ki, rayonumuzun, o cümlədən respublikamızın daha da inkişafı və tərəqqisi üçün bundan sonra da əzmlə çalışacaq, Sizin doğma İmişlimizə olan diqqətinizi heç vaxt unutmayacağıq. Ulu Tanrıdan Sizə və ailənizə səadət, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır