Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV MASAZIR DUZ ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV MASAZIR DUZ ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə yaradılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycanın Səhiyyə Nazirliyinin və YUNİSEF-in duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair həyata keçirdiyi proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını üzərinə götürmüşdür. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilmişdir.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun texnoloji sxemində Avropanın ən son avadanlığı və avtomat idarəetmə sistemləri tətbiq olunmuşdur. Beşmərtəbəli əsas istehsal binasının sahəsi 580 kvadratmetrdir. Hazırda müəssisədə gündə 100 ton məhsul istehsal olunur. İstehsal müəssisəsinin gündəlik emal gücünü 300 tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə hazırda 130-a yaxın işçi çalışır.

Prezident İlham Əliyev zavodun idarəetmə otağına baxdı. Məlumat verildi ki, müəssisədə istehsal prosesinın 90 faizi avtomatlaşdırılmışdır. Bütün istehsal prosesinə operatorlar nəzarət edir.

İstehsal prosesini izləyən dövlətimizin başçısına bildirildi ki, evaporatorda xammal buxarlanma yolu ilə kristallaşdırılır və lazımsız maddələrdən təmizlənir. “Sentrefuqa”da duzun yodlaşdırılması həyata keçirilir. Müəssisənin laboratoriyası da ən müasir avadanlıqla təchiz olunmuşdur. Bütün kimyəvi proseslərə, habelə məhsulun keyfiyyətinə nəzarət müəssisənin laboratoriyasında aparılır.

Yodlaşdırılmış duz qablaşdırma sexinə hər birinin tutumu 50 ton olan 4 anbardan ötürülür. Məhsul 500 qramdan başlayaraq 25 kiloqramadək çəkilərdə qablaşdırılır. Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaqdır.

Hazır məhsulun nümunələri dövlətimizin başçısına nümayiş etdirildi.

Sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yerləşən qurğular və avadanlıqla tanış oldu. Qeyd edildi ki, müəssisənin ayrıca elektrik yarımstansiyası fəaliyyət göstərir. Burada əlavə generator da quraşdırılmışdır.

Prezident İlham Əliyev xam duz anbarı ilə də tanış oldu. Qeyd edildi ki, zavodda ölkənin digər bölgələrindən gətirilən xammaldan istifadə olunması da nəzərdə tutulmuşdur.

Masazır gölünün mənzərəsini seyr edən dövlətimizin başçısına məlumat verildi ki, Masazır gölündə 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı, təxminən 1 milyon 735 min tondur. Diqqətə çatdırıldı ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilmiş, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülmüşdür.

Məlumat verildi ki, Azərbaycan əhalisinin illik yodlaşdırılmış duza olan tələbatı 50 min tona yaxındır.

Prezident İlham Əliyev konfrans salonunda zavodun maketi və duzun kustar və müasir üsulla istehsalı prosesini əks etdirən şəkillərə və zavodun fəaliyyətindən bəhs edən filmə baxdıqdan sonra zavodun kollektivi ilə görüşdü.

“Azersun Holdinq” şirkətlər qrupunun prezidenti Abdulbari GÖZAL dövlətimizin başçısına müəssisənin açılışında iştirak etdiyinə görə kollektiv adından təşəkkür edərək dedi:

-Hörmətli cənab Prezident, bildiyiniz kimi, Azərbaycanda rafinə edilməmiş və yodlaşdırılmamış duzlardan istifadə etmək zob xəstəliyi və digər bir çox xəstəliklərin artmasına səbəb olurdu.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il dekabrın 27-də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun imzalandıqdan sonra bu sahəyə diqqət daha da artdı. Həmin ərəfədə YUNİSEF Azərbaycanın Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütövlükdə yodlaşdırılması yolu ilə yod çatışmazlığı probleminin ləğv olunması üçün çalışırdılar. Ancaq məsələnin köklü həllinə nail olunması üçün belə bir duz rafinasiyası zavodunun inşası Azərbaycan üçün vacib hesab edilirdi. Bu, yod çatışmazlığı probleminin birdəfəlik həlli demək idi. Bu işin görülməsi Zati-alilərinizin qayğı və tövsiyəsi ilə həyata keçirildi. Beləliklə, 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinə aid Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və “Azersun Holdinq” 75 faiz paya sahib olmaqla, Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürdülər.

Möhtərəm cənab Prezident, zavodun harada tikiləcəyi və xammalla haradan təmin olunacağı məqsədi ilə ölkə ərazisində müxtəlif duz mənbələri araşdırıldı. Nəticədə Səhiyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın qabaqcıl alimləri, YUNİSEF və istehlakçı dərnəklərin nümayəndələrinin iştirakı ilə “Azersun Holdinq”in Mədəniyyət Mərkəzində elmi konfrans keçirildi. Bu konfransda müxtəlif təhlillərin və müzakirələrin nəticələri göstərdi ki, Masazır gölü düz üçün ən əlverişli yerdir. Bu gölün duzu Tanrının Azərbaycana bəxş etdiyi nemətlərdən biridir.

Abdulbari Gözal qeyd etdi ki, Masazır duz zavodunda ildə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edilə bilər. Hazırda zavodda 125 nəfər çalışır, onların orta aylıq əmək haqqı 400 manatdır. Yeni müəssisə Azərbaycanın duz idxalçısından ixracatçısına çevrilməsinə imkan yaradır. İxracla bağlı artıq ilkin sifarişlər alınmışdır.

X X X

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub