Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV MƏTBUAT ŞURASININ YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV MƏTBUAT ŞURASININ YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 22 iyul (AZƏRTAC). İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Birinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısını əks etdirən sənədlər və mətbuatla görüşlərinə dair fotolardan ibarət stend vardır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılmışdır.

Dövlətimizin başçısı otaqlarda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr, kompyuterlər və mebellə təchiz olunmuşdur.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşdü.

İdarə heyətinin üzvlərini dövlətimizin başçısına təqdim edən Əflatun AMAŞOV Azərbaycanda mətbuatın inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə Mətbuat Şurası üzvlərinin minnətdarlığını çatdıraraq dedi:

- Hörmətli cənab Prezident, Sizi Mətbuat Şurasının yeni inzibati binasında salamlamaqdan məmnunluq duyuruq. Sizin bu gün açılış mərasimimizdə iştirak etməyiniz təkcə Mətbuat Şurası üçün deyil, ölkə jurnalistikası, ümumilikdə media ictimaiyyəti üçün son dərəcə əlamətdar hadisədir. Sizə bir daha “Xoş gəlmisiniz!” deyirik.

Mətbuat Şurasının yeni inzibati binasının açılışı Azərbaycan milli mətbuatının 135 illik yubileyinə təsadüf edir. Müasir tələblərə cavab verən belə bir binaya hətta ən inkişaf etmiş ölkələrin mətbuat şuraları həsəd apara bilər. Biz bunu Azərbaycan jurnalistikasına Sizin bayram töhfəniz kimi qəbul edirik. Bu, həm də ölkədə aparılan ardıcıl və məqsədyönlü media siyasətinin əyani nümunələrindəndir.

Bu siyasətin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Azərbaycan jurnalistlərinin, bütövlükdə media ictimaiyyətinin onu daim ehtiramla xatırlamasının kökündə bir çox amillər dayanır. Müharibə vəziyyətində olan ölkədə 1998-ci ildə mətbuat üzərindəki senzura götürüldü. Bu addım o dövr üçün çox böyük cəsarət tələb edirdi. Növbəti addım media sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı oldu. Qanunvericilik dünya standartlarına uyğun şəkildə təkmilləşdirildi. Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıldı. Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə funksiyasını rəsmiləşdirdi. Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Qeyd etmək yerinə düşər ki, hələlik postsovet məkanında belə bir təkmil media institutu mövcud deyildir. 2007-ci ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirdiyimiz konfransda Azərbaycan Mətbuat Şurası MDB məkanı üçün vahid model kimi götürüldü. Qərara alındı ki, həmin ölkələrdə bu sayaq qurumlar yaradılarkən Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsas götürülsün.

Həmin dönəmdə mətbuata dövlət qayğısı ilə bağlı digər çoxsaylı faktlar da mövcuddur. Kütləvi informasiya vasitələri məhsulları üzərindən əlavə dəyər vergisinin aradan qaldırılmasını, gömrük rüsumunun götürülməsini, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət vəsaiti hesabına silinməsini və s. buna misal göstərmək olar.

Hörmətli cənab Prezident, hər bir sahədə olduğu kimi, media sahəsindəki siyasətdə də varislik mövcuddur. Sizin ölkəyə rəhbərlik etdiyiniz ilk gündən mediaya dövlət qayğısının yeni nümunələrinin şahidiyik. Qətiyyətlə demək olar ki, bu, keyfiyyətcə tam yeni bir mərhələdir. Azərbaycan dövlətinin iqtisadi imkanlarının artması mediaya dövlət qayğısını sistemli, uzunmüddətli strategiyaya çeviribdir. Ölkədə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasi kimi mükəmməl bir sənəd qəbul olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun fəaliyyəti müstəqil mətbuatın inkişafını dəstəkləmək, stimullaşdırmaq, jurnalist əməyini qiymətləndirmək baxımından xüsusilə əhəmiyyətlidir. 2005-ci ildən “İnformasiya əldə etmək haqqında” mükəmməl qanuna malikik.

Hörmətli cənab Prezident, bu gün Azərbaycan mediası azaddır, müstəqildir. Baş verən hadisə və prosesləri hər hansı maneələrlə üzləşmədən cəmiyyətə çatdırır. Bu, demokratiyanın inkişafı baxımından çox böyük uğurdur, etibarlı təminatdır. Bayram günündə istəməzdik ki, problemlərdən danışaq. Lakin Sizin burada olmağınızdan istifadə edərək bəzi məsələlərə toxunmaq istərdik.

Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət arasında münasibətləri tənzimləməkdən ibarətdir. Cəmiyyət üzvləri mövqelərindən, vəzifələrindən asılı olmayaraq, mətbuatda barələrində gedən qərəzli, böhtan və şantaj xarakterli materiallarla əlaqədar bizə müraciətlər edirlər. İl ərzində müraciətlərin sayı mini ötür. Qərarlarımız əksər KİV-lər tərəfindən icra olunur. Lakin buna qəsdən məhəl qoymayanlar da vardır. Onlar “reket nəşr”lərdir. Belələri əsasən cəmiyyətdə ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təəssüf hissi ilə qeyd etməliyəm ki, hətta bəzi dövlət rəsmilərinə və qurumlarına istinad edərək Azərbaycanın media mühitini, sözün əsl mənasında korlayırlar.

Ona görə də Sizdən xahiş edirəm ki, “reket nəşr”lərə qarşı mübarizəmizə dəstək verəsiniz. İnanın ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda, təhdidlərə məruz qalan dövlət qurumlarının özləri də faydalanacaqlar.

Azərbaycan cəmiyyəti neçə illərdir ki, azad medianın səmərəli xidmətindən istifadə edir, dünyada senzurasız, azad ölkə kimi tanınır. Lakin Azərbaycanda həm medianın, həm də cəmiyyətin imicinə mənfi təsir göstərən bir hal da mövcuddur. Bu məsələdə də Sizin şəxsi dəstəyinizə ehtiyacımız vardır. Bəhs olunan məsələ bizi əhatə edən və Avropa Şurasının üzvü olan bir çox ölkələrdə qəbul edilən diffamasiya haqqında qanunun ölkəmizdə qəbulunun bir qədər ləngiməsidir. Məlumat üçün bildirirəm ki, bu qanunun qəbulu bizim - Mətbuat Şurasının işini, əslində, bir qədər də artıracaqdır. Biz, əlbəttə, jurnalistlərin peşəkarlığı ilə, etik qaydalara əməl edilməsi normaları ilə daha ciddi məşğul olacağıq və jurnalist məsuliyyətinin artırılması üçün əlimizdən gələni etməliyik. Mətbuat Şurası kimi söz veririk ki, bu sahədəki səylərimizi artıracağıq.

Üçüncü məsələ, bildiyiniz kimi, Azərbaycanda müstəqil medianın dairəsi genişlənir. Lakin ölkə mediasının müstəqilliyinin əsas meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı kimi görünməkdədir. Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda yazılı medianın reklam gəlirləri 2 milyon manata çatmır. Əlbəttə, Siz Prezident olaraq reklamvericilərə birbaşa göstəriş verə bilməzsiniz. Amma dövlətimizin iqtisadi strukturları, nazirlikləri, komitələri, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları öz reklam və elanlarını müəyyən qədər mətbuatda yerləşdirə bilərlər. Bu sahədə də Sizin köməyinizə ehtiyacımız var.

Ölkədə jurnalist kadrların hazırlanması ilə bağlı problemlər mövcuddur. İstərdik ki, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanları bərpa olunsun. Jurnalist təhsilini peşəni sevənlər alsınlar.

Dünya Azərbaycan həqiqətləri barədə yetərincə məlumata malik deyildir. Çox təəssüf ki, bəzi xarici nəşrlər ölkəmizdə aparılan islahatları görmək istəmir, Dağlıq Qarabağ kimi problemimizə barmaqarası baxırlar. Biz jurnalistlər də burada öz məsuliyyətimizi hiss edirik. Ona görə də müasir texnologiyalar əsrində müxtəlif dilləri mükəmməl bilən istedadlı jurnalistlərin hazırlanmasına ciddi ehtiyac duyulur. Hesab edirik ki, bu prosesdə xaricdə təhsil əsas rol oynaya bilər.

Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu sırada xüsusilə mənzil qayğıları daha aktualdır. Dəfələrlə jurnalistlər üçün güzəştli şərtlərlə mənzil tikintisi məsələsini gündəmə gətirsək də, hələlik nəticə əldə etməmişik. Ümid edirik ki, Sizin sayənizdə bu məsələyə hansısa dövlət proqramı çərçivəsində baxmaq mümkün olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin hakimiyyətiniz dövründə media ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bunların hər biri müstəsna əhəmiyyətə malikdir. Beş il bundan əvvəl milli mətbuat günü ərəfəsində Sizin sərəncamınızla “Əməkdar Jurnalist” fəxri adı bərpa olundu. 140-a yaxın jurnalist müxtəlif dövlət təltiflərinə layiq görüldü. Media qurumlarına maddi yardımlar göstərildi. Biz jurnalistlər inanırıq ki, eyni sevincli anları bu bayram günündə də təkrar yaşayacağıq.

Hörmətli cənab Prezident, Sizə bir daha ölkə jurnalistlərinin dərin minnətdarlığını bildirir, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı yolunda yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.

X X X

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb