Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir

Quba. (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhəmiyyətli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrindəki əhalinin sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə ehtiyacı var idi. Yol yenidən qurularkən alt qatı 7, üst qatı 5 santimetr olmaqla ikiqat asfaltla örtülmüşdür. Yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılmış, yolun dar hissələri genişləndirilmişdir. Yol müvafiq nişanlarla təchiz olunmuşdur.

Bildirildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ayırıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişi baxımından əlverişli imkanlar açır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir.

Prezident İlham Əliyev yolda kənd sakinləri ilə söhbət etdi. Qəçrəş kəndinin sakini Həzrətəli XANMƏDOV bu yolun yenidən qurulmasını əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi və kənd sakinlərinin minnətdarlığını dövlətimizin başçısına çatdıraraq dedi:

- Bu yoldan 15-dək yaşayış məntəqəsinin əhalisi, bir də qonaqlar istifadə edirlər. Məhz Sizin təşəbbüsünüz, Sizin tapşırığınız, Sizin qayğınız nəticəsində bu yol çox yüksək səviyyədə təmir olunub. Möhtərəm Prezidentimiz! Göstərilən bu diqqət və qayğıya görə bütün camaatımız adından, yəni bu yolun üstündə olan bütüm camaat adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Dədə-babadan qalan sözdür: Yol çəkdirmək savab işdir. Allah Sizdən razı olsun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən sizi bu yolun açılışı münasibətilə təbrik edirəm. Doğrudan da, bu yolun çox böyük əhəmiyyəti vardır. Hər bir yolun əhəmiyyəti vardır. Xüsusilə indi bu şəkillərdə göstərilir və mən də əvvəllər bu yolla getmişəm. Yol çox bərbad vəziyyətdə idi. Torpaq yol idi, sıradan çıxmışdı, camaat əziyyət çəkirdi. İndi gözəl yol çəkilib. Burada yaşayan insanlar üçün çox gözəl şərait yaradılıb. İndi gediş-gəliş asanlaşacaq, turistlər gələcək. Qubanın inkişafı üçün bu yol çox böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrdə biz Xınalığa yol çəkdirdik. İndi Xınalıqdan gələn dostlarımız buradadır. Xınalıqlıları salamlayıram.

Xınalıq SAKİNİ: Xınalıqlıların salamını Sizə yetiririk. Sizə uzun ömür, cansağlığı arzu edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun. İndi başqa kəndlərə də yollar çəkilir - həm Qubada, həm də ölkəmizin hər bir yerində. Kənd yollarının çəkilişi hazırda bizim üçün ön plana çıxır. Çünki biz əsas magistral yolları tikmişik, ya da ki, tikinti gedir və başa çatmaq üzrədir. Bütün magistral yollar, Bakı-Quba yolu necə də gözəl olubdur. Rahat, tez gəlmək olur. Dördzolaqlı yoldur, həm təhlükəsizdir, həm də rahatdır. İndi şəhərlərarası yollar tikilir və tikiləcəkdir. İndi növbə gəlib kənd yollarına. Biz bu məsələ ilə ciddi məşğuluq. Bütün ölkə üzrə kənd yolları tikilir. Dövlət büdcəsində də vəsait vardır. Harada ki, vəsait çatışmır, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və bu il, gələn il, yenə də ayrılacaqdır. Elə etməliyik ki, bütün kənd yollarımız bu səviyyədə olsun. Camaat əziyyət çəkməsin. Rahat yaşasın, işləsin, qonaq getsin qonşu kəndlərə. Hər cəhətdən rahat yol ki oldu həyat, necə deyərlər, daha da rahat olur, gözəl olur. Eyni zamanda, bu, iqtisadi cəhətdən də sərfəlidir. Çünki elə kəndlər var ki, orada, misal üçün, tibb məntəqəsi tikmək bəlkə də lazım deyil, yol yaxşı olarsa, gedib qonşu kənddə müalicə almaq olar. Məktəb də həmçinin. Ona görə bu, doğrudan da gözəl hadisədir.

Quba ümumiyyətlə gözəlləşir, - Siz də görürsünüz,- abadlaşır. Gözəl binalar tikilir, müəssisələr açılır, inkişaf gedir.

SAKİN: Respublikanın hər yerində, o cümlədən Qubada. Hər bir bölgədə. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sizi bir daha təbrik edirəm. Cansağlığı arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib