Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub VİDEO

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına sərgilər barədə məlumat verdi.

Qeyd edək ki, 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunub. Bu sərgilərin yüksək səviyyədə keçirilməsi “Kənd təsərrüfatı ili” ilə bağlı görülən işlərin daha da sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqlar, habelə məhsul və xidmətlər nümayiş olunur. Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Fransa, Ukrayna və digər ölkələrin kənd təsərrüfatı məhsulları və avadanlıqlarının aparıcı istehsalçıları və distribüterləri sərgidə məhsul və xidmətlərini təklif edirlər. Sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə etməklə, yeni məhsullarla tanış olmaq imkanı yaradır.

Bu il XXI Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində iştirak edən şirkətlərin sayı 250-dən artıqdır. Sərgidə balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, qənnadı məmulatları, soyuducu sistemlər və bir çox digər məhsullar təqdim olunur.

Dövlətimizin başçısı “Grand Motors” MMC-nin stendi ilə tanış oldu. MMC 2005-ci ilin sentyabrından fəaliyyət göstərir. Şirkət öz fəaliyyətini Azərbaycan bazarının tikinti və kənd təsərrüfatı sektorlarına yönəldib. “Grand Motors” ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını təşkil edir. Hazırda bu şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Şirkət gətirdiyi texnika və avadanlığın istehsal prosesindən tutmuş, alıcıya çatdırılmasınadək və hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamaq imkanına malikdir. “Grand Motors” həmin texnikaları istehsal etmiş zavodlarda təlim keçmiş yüksək ixtisaslı heyətlə 24 saat operativ, mobil və stasionar servis xidməti də göstərir.

“Grow Group Azerbaijan” şirkəti də sərgidə geniş təmsil olunur. Şirkət istixana avadanlığının satışını və quraşdırılmasını həyata keçirir. Bundan başqa, müştərilərə müasir standartlar səviyyəsində tam avtomatlaşdırılmış plastik və şüşə istixana kompleksləri də təklif olunur. “Grow Group Azerbaijan” 2009-cu ildən ölkəmizdə fəaliyyət göstərir.

Dövlətimizin başçısı Litvanın stendinə baxdı. Litva ilk dəfədir bu sərgidə iştirak edir. Bu ölkə sərgidə 5 şirkətlə təmsil olunur. Şirkətlər əsasən ət və süd məhsulları, kofe, dondurma təklif edirlər. Burada Litvada istehsal edilən dəniz məhsulları da nümayiş olunur.

“Valley” şirkəti sərgidə yeni pilot suvarma sistemi layihələrini, uzaqdan idarəetmə, torpağın tərkibinə görə suvarma sistemləri kimi yeni texnoloji nailiyyətləri nümayiş etdirir. Şirkət ilk dəfədir, sərgidə iştirak edir. Azərbaycanda 14 rayonda 200-dən çox layihə reallaşdıran müəssisə 10 ildir ölkəmizdə fəaliyyət göstərir.

Prezident İlham Əliyev Gürcüstanın stendinə də baxdı. Bu ölkə də sərgidə geniş təmsil olunur. Burada 8 şirkət kənd təsərrüfatı məhsullarını nümayiş etdirir. Onların arasında mineral sular, bal, pendir və digər məhsullar var. İlk dəfədir sərgiyə qatılan Gürcüstanın stendi zənginliyi ilə maraq doğurur.

“Hissimo-Azərbaycan” kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan İsrailin “Hissimo” şirkətinin ölkəmizdəki rəsmi nümayəndəliyidir. Şirkətin fəaliyyətinin əsas məqsədi Azərbaycandakı fermerləri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətləri toxum, gübrə, şitil və mal-qara ilə təchiz etməkdir.

Rusiyanın iri kənd təsərrüfatı texnikaları istehsalçısı olan “Rostselmaş”ın stendində müasir texnikalar nümayiş olunur. Burada taxılbiçən və otbiçən kombaynlar, presləyici və digər kənd təsərrüfatı texnikası var. Şirkətin Kanada və ABŞ kimi ölkələrdə də nümayəndəlikləri fəaliyyət göstərir.

Dövlətimizin başçısı Belarusun stendi ilə də tanış oldu. Belarus müntəzəm olaraq bu sərgidə iştirak edir. Bu il 60-dan çox şirkətin məhsullarının nümayiş etdirildiyi Belarus stendində ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və digər məhsullar təqdim olunur. Burada, həmçinin iştirakçılara Belarusun elmi institutlarının yeni texnoloji avadanlıqları da nümayiş etdirilir.

Zəyəm Texnologiyalar Parkı ilk dəfədir sərgiyə qatılıb. Şəmkirdə fəaliyyət göstərən texnologiyalar parkının stendində torpaqsız şəraitdə bitkinin yetişdirilməsi, kompyuter sistemi ilə gübrələmə və digər müasir texnoloji yeniliklər təqdim olunur. Nümayiş etdirilən məhsulların hamısı Zəyəm Texnologiyalar Parkında istehsal edilir.

Avstraliyanın “Viktoriya” şirkəti ərzaq və kənd təsərrüfatı məhsulları üzrə dünyanın aparıcı şirkətlərindəndir. Şirkətin istehsal sahəsi Avstraliyanın coğrafi cəhətdən təmiz və əlverişli ərazisində yerləşir. Bu isə, öz növbəsində, yüksək səviyyədə məhsul əldə etməyə imkan verir.

2011-ci ildən fəaliyyət göstərən “Atena” MMC də sərgidə məhsullarını nümayiş etdirir. Müəssisədə istehsal və emal texnologiyaları ən müasir səviyyədə qurulub. “Atena” gün ərzində 400 ton xam südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. Ümumilikdə, müəssisə süd və süd məhsulları bazarına 40 növdən çox fərqli məhsul təqdim edir.

“Cemsan” bu sərgidə hər il iştirak edir. Şirkət 30 ildir ki, fəaliyyət göstərir. Stenddə müasir ət kəsimi avadanlıqları nümayiş etdirilir. “Cemsan” ölkəmizdə 12 yerdə müasir ət kəsimi avadanlıqları quraşdırıb.

XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində 39 ölkədən 293 şirkət iştirak edir. Onların 83-ü yerli, 210-u isə xarici şirkətlərdir.

Azərbaycan Prezidenti “Nova Nord Holdinq”in stendi ilə də tanış oldu. Holdinq sərgiyə 20-dən çox şirkətlə qatılıb. Bu holdinqin ölkəmizdə kənd təsərrüfatı üzrə ixtisaslaşmış 5 şirkəti fəaliyyət göstərir. Holdinq Azərbaycana Avropanın məşhur ətlik cinsi olan iribuynuzlu heyvanları idxal edir. “Nova Nord” əsasən Fransadan Limuzin və Şarole, Şotlandiyadan qara və qırmızı Aberdin Anqus, Avstriyadan isə həm ətlik, həm də südlük məşhur Simmental cinslərini fermerlərə təqdim edir.

Dövlətimizin başçısına “Nova Agro” MMC-nin “Abşeron Aqropark” layihəsi barədə məlumat verildi. Bu layihə tam həyata keçirildikdən sonra ölkənin ətlik cins heyvana tələbatının xarici ölkələrdən asılılığına 3-4 il ərzində tamamilə son qoyulacaq. Layihənin əsas məqsədi Azərbaycanda əkinçilik, heyvandarlıq, yem istehsalı, istixanalar və təmiz enerji istehsalını birləşdirərək əlavə dəyəri yüksək olan ixtisaslaşmış bir model yaratmaqdır. “Nova Aquaculture” MMC-nin göl-balıqçılıq təsərrüfatında nərə balıqlarının yetişdirilməsi üzrə təsərrüfatın qurulması üçün şərait yaradılıb. Hazırda şirkətin balıqçılıq təsərrüfatının əsas fəaliyyət funksiyası bu istiqamətdə səmərəliliyi daha da artırmaq üçün müəyyən tədbirlər planını həyata keçirməkdir.

“BMS Aqro” MMC 2013-cü ildə yaradılıb və xırdabuynuzlu damazlıq heyvanların saxlanılması və idxalı ilə məşğuldur. Müxtəlif ölkələrdən gətirilən bu heyvanlar südlük və ətlik cinslər olmaqla məhsuldarlığı ilə seçilir.

“Hilal-Aqro” MMC də ölkəyə ətlik cins olan iribuynuzlu mal-qara və dəvə idxal edir. Cins heyvanların idxalı ilə yanaşı onların kökəldilməsi, kəsimi, daşınması, həmçinin korporativ və pərakəndə formada müştərilərə satışını təşkil edən şirkət məhsullarını “Hilal-Ət” markası ilə təqdim edir. Cəmiyyətin Bakının Kürdəxanı qəsəbəsində iribuynuzlu heyvanların kökəldilməsi təsərrüfatı fəaliyyət göstərir.

Belarusun “Qomselmaş” holdinqi dünyanın müasir kombayn və digər kənd təsərrüfatı texnikası istehsalçılarından biridir. “Qomselmaş” müxtəlif növ taxıl və yem yığan kombaynlar istehsal edir. Onların hamısı iqtisadi cəhətdən səmərəliliyi və müasirliyi ilə seçilir. Şirkət məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edir.

Sərgidə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi də yeni traktorlarla iştirak edir. Burada Gəncə Avtomobil Zavodunun istehsalı olan 9 müxtəlif model traktor, otbiçən və kotanlar nümayiş olunur. Traktor modellərindən bəziləri ilk dəfə olaraq müəssisə tərəfindən sərgidə təqdim edilir.

Dövlətimizin başçısına Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq Süni Mayalanma Mərkəzi barədə məlumat verildi. Bu layihə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncam əsasında həyata keçirilir.

Sonra Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin “Ağdam atçılıq təsərrüfatı” MMC-nin stendinə baxdı. Bu təsərrüfat Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq yaradılır. Layihəyə əsasən kompleksdə tövlələr, nalbənd və sərrac emalatxanası, süni mayalanma laboratoriyası, qapalı və açıq manejlər, məşq qurğusu, atlar üçün qaçış zolağı, gəzinti meydançaları, yem anbarı inşa olunacaq.

Burada, həmçinin “Reynke” şirkətinin kənd təsərrüfatı texnikası nümayiş etdirilir. Tarla suvarması texnikası olan bu avadanlıqlar müasirliyi ilə seçilir. Bu sistem süni yağış yaradır, suvarma zamanı su itkisinə yol vermir və sudan qənaətli istifadəni təmin edir. Bu isə, öz növbəsində, məhsuldarlığın artırılmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub VİDEO

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək

Politoloq: Bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Vəkil Arzuman Azaflı: İnsanların yardımın məhz Azərbaycan tərəfindən göstərildiyini bilməsi bizim üçün mühümdür

BMT: Çadın 6 milyon əhalisinin ərzaq yardımına ehtiyacı var

Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Azərbaycan nefti ucuzlaşıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Azərbaycan üçün Bolqarıstan Avropada ən etibarlı tərəfdaş ölkələrdən biridir ŞƏRH

Əlcəzairdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Səfir: Evian-lö-Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

“Paris-2024”ə gedən yol: Mariya Stadnik üçün son şans

Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Xankəndidə 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var

“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib

Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər

Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Tailandda cari ildə 61 nəfər günvurmadan ölüb

Türkiyənin Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub

Yerdə güclü maqnit qasırğası baş verib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb