Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrü Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biridir - RƏY

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrü Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biridir -  RƏY

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili, heç şübhəsiz, onun dövlətinə, xalqına və Vətəninə misilsiz xidmət dövrü kimi xarakterizə olunmalıdır. İyirmiillik fəaliyyət Azərbaycan dövlətçiliyinin ən şanlı, ən parlaq səhifələrindən birini təşkil edir. Ümumiyyətlə, prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün sahələrdə qazandığı uğurlar hər birimizin gözü qarşısında baş verib və Azərbaycan bütün istiqamətlərdə möhtəşəm irəliləyiş əldə edib. 2003-cü ildə xalqımız doğru və müdrik qərar verərək dövlətimizin gələcəyini Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə etibar etdi. Dövlətimizin başçısının o zaman seçki marafonunda söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” sözləri ötən illər ərzində özünün əməli təsdiqini tapdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov söyləyib.

İ.Orucov 20 il ərzində Azərbaycanda böyük inqilabi dəyişikliklərin baş verdiyini xatırladaraq deyib: “2003-cü ildən bu günə qədər Azərbaycana yatırılan investisiyanın həcmi 300 milyard ABŞ dollarıdır. Azərbaycanın strateji valyuta ehtiyatları artıq 2003-cü illə müqayisədə 1,6 milyard dollardan 67 milyard dollara qədər artıb. Adambaşına düşən büdcə xərcləri 2003-cü ildə ölkədə 150 manat idisə, indi bu rəqəm 3500 manata çatıb. Azərbaycanda yoxsulluğun səviyyəsi və onun azaldılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib. Dövlətin sosial təminat xərcləri kifayət qədər yüksəlib. Bu onu göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət sosialyönümlüdür və insanların daha firavan yaşamasına xidmət edir. 2003-cü ildə dövlətin sosial təminat xərcləri 678,2 milyon manat təşkil edirdisə, 2023-cü ildə bu rəqəm 12 milyard manat olub. Minimum əməkhaqqı, minimum pensiyanın məbləğində dəfələrlə artımlar baş verib.

Azərbaycan iqtisadi cəhətdən artıq inkişaf etmiş dövlətə çevrilib. İlham Əliyevin prezidentliyi dövründə 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı reallaşdı və elə həmin ilin dekabrında “Şahdəniz” yatağının ilk quyusu istismara verildi. Sonrakı illərdə daha bir neçə yatağın istismara verilməsi ilə Azərbaycan həm də öz qaz ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində növbəti addımlarını atdı, Avropa bazarlarına çıxış imkanlarını daha da genişləndirdi”.

İ.Orucov Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyulmaqla bütövlükdə Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz strategiyalarının həyata keçirilməsi üçün zəmin yarandığını xatırladaraq bildirib ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü, səyi və qətiyyəti nəticəsində dünyanın enerji xəritəsində yeni bir istiqamət formalaşıb.

“Dövlətimizin başçısının Azərbaycanın həm də karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində çox böyük işlər gördüyünün şahidiyik. Azərbaycan bu gün dünyada həm ciddi iqtisadi tərəfdaş, həm də siyasi baxımdan öz sözünü deyən, daim ədalətli mövqeyi ilə fərqlənən dövlət imicini qazanıb. Təbii ki, bunların hər birinin memarı Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Cənub Qaz dəhlizi çərçivəsində Trans-Adriatik boru kəmərinin istismara verilməsi Azərbaycan qazının Avropaya ixracına yol açdı. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarı nəticəsində Şərqdən Qərbə daşıyan yüklərdə Azərbaycanın mərkəzi funksiyanı öz üzərinə götürməsi xüsusi qeyd olunmalıdır. Ötən dövrdə ölkəmizin xarici ticarət dövriyyəsi təqribən 11 dəfə, ixracı isə 16 dəfədən çox artıb. Xarici valyuta ehtiyatlarımız 20 il ərzində təxminən 50 dəfəyə qədər çoxalıb. Bu illər ərzində təkcə paytaxtın simasının dəyişməsinin şahidi olmadıq, eyni zamanda, regionların inkişafı üçün çox ciddi, maliyyətutumlu dövlət proqramlarının icrasının reallaşdığını gördük. Bu gün Azərbaycan regionları sürətli inkişaf yoluna qədəm qoyub”, - deyə QHT sədri vurğulayıb.

O, həmçinin deyib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və ona sədrlik etməsi ölkəmizin beynəlxalq qurumlarda təşəbbüskar mövqeyinin əyani nümunələrindən biridir. Azərbaycan, həmçinin dörd il müddətində Qoşulmama Hərəkatına sədrlik etməklə dünyada sülhün, ədalətin bərpası istiqamətində qətiyyətli mövqeyini bir daha ortaya qoyub. Siyasi fəaliyyətində hər zaman ölkəmizin milli maraqlarını əsas götürən dövlətimizin başçısının 20 illik prezidentliyi dönəmində güclü hərbi infrastruktura malik peşəkar ordu yaradıldı. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz ərazilərimizin 30 illik işğalına son qoyaraq böyük Zəfər qazandı. Biz məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə ərazilərimizin suverenliyini tam təmin etdik. Bu, tariximizə qızıl hərflərlə yazılacaq bir səhifədir və bu Zəfəri bizə yaşadan xalqımızın alternativsiz Lideri, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib

Filippinin 2025-ci il üçün büdcəsi 10 faizdən çox artıb

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib

İtaliya Azərbaycandan yaşıl enerjinin idxalına maraq göstərir

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb

İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində ildırım çaxması və dolu yağmasının başvermə intensivliyi artıb, əhatə dairəsi genişlənib - AÇIQLAMA

Avropa Komissiyası hesab edir ki, “Meta” rəqəmsal bazarlar haqqında qanunu pozur