Prezident seçkiləri ilə bağlı sorğu: Poroşenko və Timoşenkonun reytinqi bərabərləşib
Kiyev, 24 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Petro Poroşenkonu növbəti dəfə prezident görmək istəyənlərin sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, Mixail Draqomanov adına Sosioloji Mərkəzin bu gün açıqladığı növbəti sorğunun nəticələrinə görə, prezident seçkiləri ilə bağlı Petro Poroşenko ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun reytinqi bərabərləşib. Səsvermədə iştirak edənlərin 17,4 faizi Timoşenkoya, 17,1 faizi isə Poroşenkoya səs verib. 2018-ci ilin dekabr ayının sosioloji sorğusu ilə müqayisədə Poroşenko reytinqdə xeyli irəliləyib.
“Növbəti dəfə prezident seçkilərində kim qalib gələcək?” sualına sorğuda iştirak edənlərin 21,3 faizi Timoşenko, 21,1 faizi Poroşenko cavabını verib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]