Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Akif Qurbanov: Yoluxma sayının azalması pandemiyanın geri çəkilməsi demək deyil

Professor Akif Qurbanov: Yoluxma sayının azalması pandemiyanın geri çəkilməsi demək deyil

Bakı, 1 avqust, AZƏRTAC

Artıq bir aydan çoxdur ki, Bakıda və ölkəmizin bir sıra bölgələrində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Rejimin tətbiqindən sonra ilk 15-20 gün ərzində yoluxma sayında müəyyən stabilləşmə yaransa da, əhəmiyyətli dəyişiklik baş vermədi. Bu, onu göstərirdi ki, infeksiyanın yayıldığı ocaqlar çoxdur. Karantin rejimi nəticəsində 10-15 gündür ki, yoluxanların sayında azalma, hətta bəzən kəskin azalma müşahidə olunur. Görülən tədbirlərin nəticəsində azalma tendensiyasının davam etməsi gözlənilən hal idi. Lakin yoluxmanın azalması pandemiyanın geri çəkilməsi demək deyil.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Professor bildirib ki, qorunma və digər qabaqlayıcı tədbirlər nəticəsində sağalma və yoluxma sayı arasında müsbət dinamika yaranıb. Epidemik prosesdə yaranan bu vəziyyət yaxşı haldır. Çünki yoluxanların sayı çox olanda xəstələnənlərin, vəfat edənlərin sayı da çox olur, xəstəxanalar yüklənir. Epidemik prosesdə belə bir qanunauyğunluq var ki, prosesin başladığı ilk vaxtlarda yoluxanların sayı sürətlə artır, getdikcə özünün ən yüksək nöqtəsinə, yəni, pik vəziyyətə çatır. Pik vəziyyət müəyyən müddət davam edə bilər və həmin vaxt yoluxanların sayı sağalanların sayını üstələyir. Pik vəziyyəti aşandan sonra epidemik proses sönməyə doğru gedir: yoluxanların sayı azalır, daha əvvəl yoluxanlar müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Azərbaycandakı indiki durumu epidemiyanın sönməsi kimi qiymətləndirmək olar, yəni, proses tədricən pik vəziyyətdən çıxıb azalmağa doğru gedir.

Söz yox ki, müəyyən müddətdən sonra karantin rejimində növbəti yumşalmalar tətbiq ediləcək, çünki sərt karantin rejimi uzun müddət davam edə bilməz. Lakin yumşalmadan sonra da arxayınlaşma olmamalı, gigiyenik tələblərə, qorunma qaydalarına ciddi şəkildə əməl edilməlidir. Hətta qoruyucu tədbirlərə indikindən də ciddi şəkildə riayət olunmalıdır. Bir sıra sahələrdə fəaliyyətin bərpası, işlərin, gediş-gəlişin canlanması insanlar arasında təmasın da canlanmasına və artmasına səbəb olacaq. Qorunma tədbirlərinə tələb edilən səviyyədə əməl edilsə, virusa yoluxanlar və xəstələnənlər olsa da, ciddi təhlükə və narahatlıq yaranmayacaq.

Akif Qurbanov qarşıdan gələn payız mövsümündə xəstəliyin yayılma ehtimalı barədə danışaraq deyib: “Soyuq havada digər tənəffüs yolu infeksiyaları, qrip və qripəbənzər viruslar artmağa başlayır. Bu, koronavirusla eyni dövrə düşsə, pandemiya fonunda daha təhlükəli ola bilər. Hətta ikinci, üçüncü dalğadan da böyük təhlükə doğura bilər. Qoruyucu tədbirlər bizi nəinki koronavirusdan, bütün digər tənəffüs yolu infeksiyalarından müdafiə edir. Ona görə də qorunma tədbirlərinə əməl edilməsi həmin təhlükələrdən qoruyar.

İyulun ortalarında Tovuz döyüşləri zamanı vətəndaşların ordumuza dəstək məqsədilə keçirdiyi kütləvi aksiyalar yoluxmaların sayına təsir etdi. Buna baxmayaraq, dəstək aksiyaları karantin qaydaları çərçivəsində olduğuna görə o qədər də çox hiss edilmədi. Yoluxanların sayının azalması həm də virusun mutasiyası, vətəndaşların qaydalara daha ciddi əməl etməsi və həkimlərin əldə olunan təcrübə nəticəsində püxtələşərək daha səmərəli mübarizə aparması ilə də əlaqədardır”.

Professor diqqətə çatdırıb ki, zaman keçdikcə virus, həmçinin onun orqanizmdə səbəb olduğu dəyişiklər, müalicə tədbirləri haqqında çoxlu məlumatlar meydana çıxır. Hazırda dünya miqyasında tətbiq olunan müalicə tədbirləri əvvəlkindən daha effektlidir. Virusun yayıldığı ilk aylarda xəstəliyin patogenezisi məlum deyildi, kor-koranə şəkildə bəzi antivirus preparatları təyin edilirdi. Nəticədə bir sıra hallarda fəsadlaşmalar və virus pnevmoniyası müşahidə olunurdu. Artıq həkimlər virusla mübarizədə xeyli təcrübə qazanıblar. Aparılan müalicə prosedurları zamanı hansı halda müalicənin daha səmərəli olması izlənilir, hansı preparatların kombinasiyasının daha effektiv olması müşahidə edilir və istifadə olunur.

“Son günlər COVID-19 virusunda mutasiya baş verməsi təsdiq olunub. Bu, qorxulu olmasa da, virusun yoluxduruculuq qabiliyyətini bir qədər artırıb. Tibdə hər mikrobun yoluxduruculuq indeksi var. Həmin indeks xəstə ilə təmasda olanların neçə faizinin xəstələnməsi deməkdir. Qrip virusunda həmin indeks təxminən 20-25 faiz təşkil edir. Sadə dildə ifadə etsək, bu, bir qrip xəstəsi ilə təmasda olan 10 nəfərdən iki-üç nəfərin xəstələnməsi deməkdir. Koronavirusda isə yoluxduruculuq indeksi qriplə müqayisədə təqribən iki dəfə çoxdur. Yəni, bir koronavirus xəstəsi ilə təmasda olan 10 nəfərin təxminən beş-altısı xəstələnə bilər. Mutasiyadan sonra isə bir təmas nəticəsində hər 10 nəfərdən altı-yeddisinin xəstələnməsi mümkündür. İlk dəfə mutantlar İtaliyada qeydə alındı. Hazırda dünyada dövr edən virusların təqribən 3 faizi mutantdır. Lakin getdikcə həmin faiz çoxalacaq. Çünki virus getdikcə daha çox yayılmağa başlayacaq. Ona görə də bir daha təkrar etmək məcburiyyətindəyəm: bundan sonra daha ciddi qorunmaq lazımdır. Çünki mutant virus ölkəmizə də gəlib çıxa bilər”, - deyə professor Akif Qurbanov ciddi xəbərdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb