Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Hazırkı epidemioloji vəziyyət narahatlıq doğurmur

Professor: Hazırkı epidemioloji vəziyyət narahatlıq doğurmur

Bakı, 28 sentyabr, AZƏRTAC

Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur. Əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir. Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

“Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Yoluxma saylarının azalmasına qabaqlayıcı tədbirlər və vətəndaşların əksəriyyətinin qaydalara daha məsuliyyətli yanaşması səbəb olub. Ona görə də hazırkı vəziyyət bizi narahat etmir. Lakin rəqəmlərin bir az da azalması daha yaxşı olardı. Nəzərə alsaq ki, məhdudiyyətlərin bir çoxu aradan qaldırılıb - məktəblər açılıb, nəqliyyat vasitələri tam gücü ilə fəaliyyət göstərir, iş yerləri demək olar ki, tam fəaliyyətdədir, bunlar təmasların sayını artıra bilir. Təmasların sayının artması yoluxanların sayının artımına səbəb ola bilər. Belə olan halda qarşımızda duran əsas vəzifə qorunma tədbirlərinə ciddi riayət etməkdir. Qaydalara ciddi riayət olunarsa, yoluxma sayları bizi narahat etməyəcək. Mən gələcəkdə karantin rejiminin şərtlərinin sərtləşəcəyinə inanmıram. Yəni epidemioloji vəziyyət tam nəzarət altındadır. Bununla yanaşı, dövlət qurumları, səhiyyə qurumları qabaqlayıcı tədbirləri tətbiq etməyə davam edirlər. Belə davam etsə və vətəndaşlar məsuliyyətli davranış sərgiləməyi kənara qoymasalar, hər hansı sərt karantin tədbirlərinin tətbiqi gözlənilmir. Lakin yoluxma saylarında müəyyən artımlar qeydə alına bilər. Bu da bizim özümüzdən asılıdır. Rəqəmlərin artımı bizim hansısa qorunma tədbirlərinə düzgün əməl etməməyimizin göstəricisidir. Hər kəs özünü, ailəsini, yaxınlarını qorusa yoluxma saylarında kəskin artım olmayacaq. Bunu da nəzərə almaq lazımdır ki, biz pik vəziyyəti bir neçə ay öncə keçmişik. O zaman əhalinin müəyyən hissəsi xəstələnib və sağalıb, onların orqanizmlərində immunitet yaranıb. Orqanizmlərində immunitet yarananlar epidemiyanın geniş yayılmasına da mane olurlar”, - deyə A.Qurbanov bildirib.

Onun sözlərinə görə, ilin soyuq fəsillərində qrip və qripəbənzər xəstəliklərin artımı xarakterikdir: "Bu il pandemiya dövrünə görə özünəməxsus bir ildir. Qrip və qripəbənzər xəstəliklər COVID-19-la birlikdə rast gəlinərsə, fəsadları daha ağır ola bilər. Buna görə də dövlət tərəfindən bununla bağlı mühüm tədbirlər həyata keçirilib. Ölkəyə qrip vaksinləri gətirilməkdədir. Çalışırıq ki, qrip xəstəliyi xüsusilə risk qrupuna daxil olanlarda olmasın. Dördvalentli inaktivləşdirilmiş qrip vaksininin tətbiqi risk qrupuna aid olan vətəndaşlarda qrip xəstəliyinin qarşısını alacaq ki, onlarda koronavirusla birlikdə qrip xəstəliyi rast gəlinməsin və COVID-19 o qədər fəsadlaşmalar törətməsin. Digər bir tərəfdən tövsiyə olunan qoruyucu tədbirlər koronavirusla yanaşı, digər respirator xəstəliklərdən də qoruyur. Vətəndaşlar özləri də hiss edirlər ki, maska taxmaqla, sosial məsafə saxlamaqla, əl gigiyenasına əməl etməklə qrip və digər respirator xəstəliklərə də yoluxmurlar. Oktyabrın sonuna kimi vaksinlərin ölkəyə gətirilməsi yekunlaşacaq. Bu sahədə müəyyən işlər görülüb. Qrip əleyhinə peyvəndi COVID-19 əleyhinə vaksin ilə qarışdırmaq olmaz. Bu, yalnız qripdən qorunmağa kömək edəcək. Çox effektli, sınanmış və zərərsiz vaksindir. İlk növbədə risk qrupuna aid olanlar - yaşlılar, xroniki xəstəlikləri olanlar, həkimlərin peyvənd olunması nəzərdə tutulub. Vaksinasiyadan sonra onlarda qrip xəstəliyi olmayacaq. Koronavirusa yoluxacaqları halda qriplə birlikdə rast gəlinmədiyi üçün xəstəlik daha mülayim gedişə malik olacaq. Qrip əleyhinə vaksinasiya könüllülük prinsipi əsasında tətbiq ediləcək. Həmin vaksinasiya vətəndaşları bir il qripdən mühafizə edəcək. Vaksinasiya qrip xəstəliyinin ağır keçmə ehtimalı olan şəxslər üçün daha vacibdir. Çünki həmin şəxslərdə qrip koronavirusla birləşsə, daha ağır keçə bilər. Ona görə də müvafiq risk qrupundan olan şəxslərin vaksinasiya olunması tövsiyə edilir. Həmçinin risk qrupuna daxil olmayan şəxslər də istəsələr, müraciət edib müvafiq qaydalar çərçivəsində vaksinasiya oluna bilərlər”.

Mütəxəssis koronavirus əleyhinə peyvənd barəsində də məlumat verərək deyib: “COVID-19 əleyhinə peyvənd hələ heç bir şirkət tərəfindən tam hazırlanmayıb. Tədqiqatlar davam edir. Bir çox ölkələr peyvənd hazırlanmasına yanvarda başlayıblar. Hazırda peyvəndlərin öyrənilməsinin son mərhələsinə qədəm qoyulub. Müxtəlif ölkələr tərəfindən təklif olunan və namizəd vaksinlər adlandırılan 9 peyvəndin sonuncu sınaqlarına başlanılıb. Həmin vaksinlərin effektivliyi və təhlükəsizliyi sübut olunduğundan onlara namizəd vaksinlər deyilir. Hesab edirik ki, gələcəkdə aldığımız vaksinlər belələri olmalıdır. Yəni, onlar təhlükəsiz, minimum yan təsirlərə malik və kifayət qədər effektiv olmalıdırlar. COVID-19 əleyhinə səmərəli vaksinlər insanların təqribən yarısında qorunma effekti yarada bilənlər hesab ediləcək. Belə vaksinlərin gələcəkdə ölkəyə gətirilməsi barəsində sazişlər imzalanıb. Sazişlərə görə hər hansı bir peyvəndin tam təhlükəsizliyi və effektivliyi sübut olunarsa, onların alınmasına start veriləcək. COVID-19 əleyhinə vaksinasiya da ilk növbədə risk qrupuna daxil olanlarda aparılacaq. Bu da təxminən əhalinin 20 faizini əhatə edən bir səviyyədə olacaq. Hazırda TƏBİB tərəfindən tədqiqat aparılır. Tədqiqatlara görə, əhalinin təxminən 20-30 faizinin orqanizmində koronavirusa qarşı anticisimlər var. Yəni onlar xəstəliyi keçiriblər və immunitet yaranıb. Daha 20 faizinin də vaksinasiyası əhalinin yarısından çoxunda immunitet yaradacaq. Əgər əhalinin 50 faizindən çoxunda immunitet yaranarsa, onda pandemik-epidemik proses dayanır. Nəticədə yoluxma sayı çox artmır və rəqəmlərin artımı narahatlıq doğurmur. Sonrakı mərhələlərdə daha kimlərə vaksin vurulması məsələsi müzakirə olunacaq və tənzimlənəcək. Vaksinasiya olunanlar xəstəliyi ya keçirməyəcəklər, ya da keçirsələr ağırlaşmalar, fəsadlaşmalar olmayacaq. Gözlədiyimiz vaksin olarsa, onun istifadəsi bizi bir çox qadağalardan qurtaracaq.

Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. Hazırda TƏBİB tərəfindən bu sahədə çox mühüm addımlar atılır ki, bizim də milli vaksin və digər bioloji preparatlarımız olsun. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq. Dövlət səviyyəsində bu sahədə müəyyən planlar hazırlanır. Bəlkə də hazırladığımız vaksinlər koronavirus üçün gec olacaq. Lakin qarşıda bizi hansı epidemiya və pandemiyaların gözlədiyi məlum deyil".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik