QAÇQIN SOYDAŞLARIMIZ ÜÇÜN FƏRDİ EVLƏR TİKİLİR
Son bir ildə rayonun Uştal, Soltankənd, Qalagah, Mican, Qoşakənd, Tircan inzibati ərazi bölgələrində qaçqınlar üçün 430 milyon manat vəsait hesabına 2-3 mənzilli 13 yaşayış evi tikilib istifadəyə verilmişdir.
Hazırda Uştal, Qalagah, Soltankənd, Qubaxəlilli, Balik, Qoşakənd, Topçu, Ruşan və Miçan inzibati ərazi bölgələrində daha 45 ev inşa edilir. Bu məqsədlə 2 milyard manat vəsait ayrılmışdır. Tikinti işlərini Dövlətqaçqınkomun sifarişi ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyi həyata keçirir. Qısa müddət ərzində 12 evin tikintisi başa çatdırılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qaçqınlar üçün evlərin tikintisi cədvələ uyğun aparılır. Qaçqın soydaşlarımızın məşğulluğunu təmin etmək məqsədi ilə onlara torpaq sahələri verilmiş, fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün lazımi yardımlar göstərilmişdir.