Qadınlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında Əlcəzair atleti qalib gəlib
Bakı, 17 may, G.Mahmudlu, AZƏRTAC
Qadınlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında Əlcəzair atleti Nefissa Souad Şerouati qalib gəlib - 4:21:46 saniyə.
AZƏRTAC xəbər verir ki, 4:22.01 saniyə nəticə göstərən türkiyəli Selen Özbilən gümüş medalın sahibi olub. Üçüncü pilləni isə İndoneziya təmsilçisi Ressa Devi tutub - 4:22.81 saniyə.
Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova yarışda dördüncü yerlə kifayətlənməli olub. O, məsafəni 4:25.93 saniyəyə qət edib.