İDMAN
Qadınlar arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14345596545549260587_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345596541043138909_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345596544443531821_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434559654480027513_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345596543616158346_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345596544870848575_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345596542226064112_1200x630.jpg)
Birinci Avropa Oyunları çərçivəsində iyunun 17-də Milli Gimnastika Arenasında qadınlar arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə idmançılar iki qrupda iştirak edirlər. Birinci qrupdan artıq 12 idmançı çıxış edib. Bu qrupa Portuqaliya, Azərbaycan, Bolqarıstan, Fransa, İspaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Almaniya və Böyük Britaniya daxildir. Azərbaycanı idmançı Səbinə Zaytseva təmsil edib.
Hazırda ikinci qrupun idmançıları - Rusiya, Ukrayna, Fransa, Belarus, Bolqarıstan, İsveçrə, Niderland, Azərbaycan və Yunanıstandan olan 12 qadın gimnast çıxış edir. Ölkəmizi idmançı Svetlana Makştaryova təmsil edir.
20:33
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Milli Gimnastika Arenasında qadınlar arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə idmançılar iki qrupda iştirak edirlər. Birinci qrupa Azərbaycan, Bolqarıstan, Fransa, Portuqaliya, İspaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Almaniya və Böyük Britaniyadan 12 iştirakçı daxildir. Azərbaycanı idmançı Səbinə Zaytseva təmsil edir.
İkinci qrupa Rusiya, Ukrayna, Fransa, Belarus, Bolqarıstan, İsveçrə, Niderland, Azərbaycan və Yunanıstandan 12 qadın gimnast daxildir. Ölkəmizi idmançı Svetlana Makştaryova təmsil edir.