CƏMİYYƏT
Qadınları cinsi istismara məruz qoyan şəxs səkkiz il müddətinə azadlıqdan məhrum edilib
Bakı, 18 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyə Respublikasında yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib.