“QADINLARIN SAHİBKARLIQ FƏALİYYƏTİNƏ YARDIM” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR-GÖRÜŞ
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə beynəlxalq təşkilatların nümayəndələri, alim və mütəxəssislər iştirak etmiş, qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat vermişlər. Görüş iştirakçıları yoxsulluğun azaldılmasında, yeni iş yerlərinin açılmasında, regionlarda sahibkarlığın inkişafında qadınların rolundan danışmış, sahibkarlıq fəaliyyətinin hüquqi əsasları, müdafiə mexanizmi və s. barədə məlumat vermişlər.
Seminar-görüşdə Bakıda və regionlarda fəaliyyət göstərən qadınlardan ibarət Əlaqələndirmə Şurası yaradılmışdır.