Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
Bakı, 14 aprel, AZƏRTAC
Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakının Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.
Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69 min 800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]