“QAR ŞAHZADƏSİ” VƏ “HACI QARA”... GƏNC TAMAŞAÇILAR TEATRINDA
Teatrın baş rejissoru Loğman Kərimov AZƏRTAC-ın müxbirinə demişdir ki, həmin gün iki tamaşa nümayiş olunacaqdır. Səhər tamaşasında teatrın rus bölməsi uşaqlar üçün Hans Xristian Andersenin “Qar şahzadəsi” pyesini göstərəcəkdir. Loğman Kərimovun quruluş verdiyi əsərdə baş rolları Elmira Aslanova, Cavad Cabbarlı və İnna Limaryova ifa edəcəklər.
Qeyd olunmuşdur ki, axşam tamaşasında Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyası oynanılacaqdır. Rejissor Bəhram Osmanovun hazırladığı bu tamaşada baş rollarda Atabala Səfərov, əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Lətifə Əliyeva, aktyorlar Rafiq Hüseynov, Mübariz Əlixanoğlu, Elşən Rüstəmov və başqaları çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]