Qara dənizin Gürcüstan sahillərində güclü qasırğa gözlənilir
Tbilisi, 29 iyun, AZƏRTAC
Qara dənizin Gürcüstan sahillərində 4 bal gücündə qasırğa olub. Bununla əlaqədar bu günlərdə dənizdə çimmək qadağan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, vəziyyətlə əlaqədar olaraq dənizdə xilasedici qrupların sayı artırılıb. Bununla belə, dənizə girmək, çimmək qadağan edilib.
Yaxın saatlarda daha güclü qasırğanın olacağı gözlənilir.
Gürcüstanın əlaqədar təşkilatları iyulun 1-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli aşağı düşəcəyi, leysan yağışlarının yağacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi barədə məlumat yayıb.
Hava şəraitinin iyulun 2-dən etibarən yaxşılaşacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]