QARA QARAYEVİN 90 İLLİK YUBİLEYİ BURSADA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da və mayın 1-2-də Azərbaycan Bəstəkarlar İttifaqının Türkiyə bölümünün, Türkiyənin Bursa şəhərinin «Nülufər» bələdiyyəsinin və Uludağ Universitetinin təşkilatçılığı ilə dahi bəstəkarımız Qara Qarayevin 90 illiyinə həsr olunan konfrans-konsert keçirilmişdir.
Bursada keçirilən tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, ölkəmizin İstanbuldakı konsulluğunun mədəniyyət məsələləri üzrə müşaviri Günay Əfəndiyeva, ittifaqın Türkiyə bölümünün sədri, Uludağ Universitetinin professoru Həsən Adıgözəlzadə, Atatürk Universitetinin professoru Babək Qurbanov, Ege Universitetinin professoru Əhməd Yürür, Bilkənd Universitetinin professoru, xalq artisti Sərvər Qəniyev və dirijor Yalçın Adıgözəlov bəstəkarın həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişlər. Konfrans-konsertdə Ulduz Aslanovanın, Sərkan Nihat Atəşin, Arif Manaflının ifasında dahi bəstəkarın əsərləri səsləndirilmişdir.
Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Bursa Dövlət Simfonik Orkestri bəstəkarın «Leyli və Məcnun» simfonik-poemasından, «İldırımlı yollarla» baletindən parçalar, həmçinin romanslarını ifa etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]