Qaradağ məktəbliləri arasında bilik olimpiadası keçirilib
Bakı, 4 may, AZƏRTAC
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bilik olimpiadası keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, 80 şagirdin iştirak etdiyi tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin əməkdaşı Samir Kazımov iştirak edib.
Sonda bilik olimpiadasının qaliblərinə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatı təqdim edilib.