QARADAĞ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın xilaskar oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Toplantını giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov Milli Qurtuluş gününün tarixindən bəhs etmişdir. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycana yeni həyat bəxş etdiyini vurğulayan natiq demişdir ki, ulu öndərimizin ideyalarını yaşatmaq naminə hər kəs öz işinə vicdanla yanaşmalıdır.
Məruzə ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dahi rəhbərimiz Heydər Əliyevin tarixi qayıdışının əhəmiyyətindən danışaraq bildirmişdir ki, artıq qurtuluşumuzun bəhrəsini hər bir vətəndaş gündəlik həyatında hiss edir.
Çıxışlarda dəfələrlə bildirilmişdir ki, qaradağlılar bundan sonra da Heydər Əliyev siyasətini qətiyyətlə müdafiə edəcək, Prezident İlham Əliyevə hər bir işdə yardımçı olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]