DÜNYA
Qazaxıstan Prezidenti Avrasiya təhlükəsizliyinə əsaslanan dünya nizamının yeni konsepsiyasını təklif edir
Astana, 1 oktyabr, AZƏRTAC
“Beynəlxalq ictimaiyyətin konstruktiv dialoqun bərpası üçün gərginliyin azaldılmasına, yeni müsbət gündəmə ehtiyacı var”.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Avrasiya məkanında davamlı inkişaf və təhlükəsizlik” adlı konfransda çıxışı zamanı deyib.
“Vahid, bölünməz Avrasiya təhlükəsizliyi ideyası çoxqütblü ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün konseptual əsas ola bilər”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Qazaxıstan Respublikasının Prezidenti qeyd edib ki, geosiyasət və geoiqtisadiyyatın dərin transformasiyası, qlobal iqlim və demoqrafik çağırışlar, yeni pandemiya təhlükələri, silahlanma yarışının, texnoloji tərəqqinin şiddətlənməsi, o cümlədən süni intellektin tətbiqi, strateji sabitlik və davamlı inkişaf məsələləri hamı üçün çox mühüm əhəmiyyət kəsb edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana