QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Qazaxıstan Respublikasının Milli bayramı – Respublika günü münasibətilə Sizi və dost Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.
Şadam ki, Sizin başçılığınız ilə Qazaxıstan müstəqillik yollarında qarşıya çıxan bütün çətinlikləri dəf edərək böyük uğurlar qazanır.
Əminəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə, regionumuzda sabitlik və tərəqqi naminə daim inkişaf edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
22 oktyabr 2003-cü il.