Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç,
Qazaxıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu gün dost Qazaxıstan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı yolunda inamla irəliləyir. Qazaxıstan dünya birliyində layiqli yer tutur.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan dövlətlərarası münasibətlər və strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 dekabr 2013-cü il.