Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək
Bakı, 15 fevral, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələdən zərər çəkənlərə dəstək üçün 55 ton əlavə humanitar yardım göndəriləcək.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Geyim əşyalarının, qış çadırlarının, metal çarpayıların, yataq dəstlərinin və digər vacib əşyaların daxil olduğu humanitar yük təyyarə ilə Qaziantep şəhərinə çatdırılacaq.
Bir müddət öncə Qazaxıstan Prezidenti Türkiyəyə təcili yardım qismində bir milyon dollar ayrılması barədə hökumətə göstəriş verib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Suriyaya göndərilən 50 ton humanitar yardım zəlzələdən zərər çəkən Hələb şəhərinə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]