Qazaxıstanda koronavirusdan sağalanların sayı artır
Nur-Sultan, 27 aprel, AZƏRTAC
Qazaxıstan Dövlət Komissiyası yanında fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, ölkədə indiyədək qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 2791-ə çatıb.
AZƏRTAC xəbər verir ki, ölkə üzrə 820 tibb işçisi COVID-19-a yoluxub.
Ümumilikdə, son məlumata görə koronavirusdan sağalanların sayı 720-ə, ölənlərin isə 25-ə çatıb. Müalicəsi davam etdirilənlərin 15-nin vəziyyəti ağırdır və ağciyərləri süni havalandırma cihazlarına qoşulub. Son bir sutka ərzində 14 nəfər sağalıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
RF Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]