QDHÖUA-NIN PREZİDENTİNİN HESABATI MÜSBƏT QARŞILANMIŞDIR
Bu assosiasiyaya daxil olan universitetlərin, Avropa Universitetləri Assosiasiyasının, YUNESKO-nun Avropadakı elm və təhsil mərkəzinin, Avropa Birliyinin Beynəlxalq elm və təhsil proqramları komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə QDHÖUA-nın prezidenti, BDU-nun rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmovun qurumun son iki ildəki fəaliyyəti barədə hesabatı böyük maraqla qarşılanmışdır.
Çıxış edənlər bildirmişlər ki, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının tarixində son iki il həqiqətən də çox səmərəli olmuşdur.