Qəbələdə aqrar sahədə məhsul istehsalı 5,2 faiz artıb
Qəbələ, 28 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci rübündə Qəbələ rayonunun kənd təsərrüfatı müəssisələri, ailə-kəndli və ev təsərrüfatlarında 12,6 milyon manatlıq məhsul istehsal olunub. Aqrar sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 634,5 min manat və ya 5,2 faiz artıb. İstehsal olunan məhsulun hamısı heyvandarlıq sahəsinin payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, cari ilin ilk üç ayında rayonda 1335,8 ton diri çəkidə ət, 8272,6 ton süd, 5 milyon 238 min ədəd yumurta istehsal olunub. 2020-ci il aprelin 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 45 min 5 baş iribuynuzlu mal-qara, 185 min 69 baş qoyun və keçi, 750 baş donuz mövcud olub. Bu müddət ərzində təsərrüfatlarda 2470 baş heyvan süni yolla mayalandırılıb, 1285 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]