Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələniblər
Bakı, 11 noyabr, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Aydınqışlaq kəndi və Nic qəsəbəsində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, onların bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Yavər Qarayev, Vitali Mancari və Telman Dabakov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onların hər biri 400 manat məbləğində cərimələnib.