REGİONLAR
Qəbələdə payızlıq dənli bitkilərin səpini başa çatıb
Qəbələ, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 13 min 367 hektarı buğda, 6 min 135 hektarı dən üçün arpa olmaqla, 19 min 502 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 19 min 500 hektar taxıl sahəsindən 64 min 935 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,3 sentner məhsul götürülüb.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda yaş tütünün qurudulması prosesi də artıq başa çatıb. Bu il qəbələli fermerlər 25 hektarda tütün yetişdirib və 31,4 ton quru tütün istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]