Qəbələdə Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
Qəbələ, 8 noyabr, AZƏRTAC
Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Qəbələdə ağacəkmə aksiyası keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində xüsusi ayrılmış ərazidə 100 ədəd ağac əkilib.
Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.