Qəbələli gənclər ətraf mühitin mühafizəsinə öz töhfələrini verirlər
Qəbələ, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən “Eko klub”un üzvləri “Könüllülər ili” çərçivəsində növbəti ekoloji layihə həyata keçiriblər.
Mərkəzin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Trashtag” layihəsi çərçivəsində rayonun Laza kəndinə gedən yolun kənarlarında təmizlik işləri aparıb, böyük bir ərazini tullantılardan təmizləyiblər.
Layihənin həyata keçirilməsində əsas məqsəd insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək, ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Mərkəzin rəhbəri belə layihələrin davamlı olacağını vurğulayıb.