Qəhrəman qazilərlə onlayn görüşlərə start verilib
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Mənim qəhrəmanım” layihəsi çərçivəsində qazilərlə onlayn görüşlərə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin ilk qonağı ikinci Vətən müharibəsinin qazisi Niyaz Ağayev olub.
Görüşdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu gənclər siyasətindən, Vətən müharibəsində qazandığımız Qələbədən, əsgər və zabitlərimizin şücaətindən bəhs edib.
Niyaz Ağayev döyüş yolundan danışıb və gənclərin suallarını cavablandırıb.