Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Hamının masaüstü kitabı olmağa layiq lüğət

Qənirə Paşayeva: Hamının masaüstü kitabı olmağa layiq lüğət

Bakı, 5 avqust, AZƏRTAC

Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab işıq üzü görüb. Söhbət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrində əməyi keçən hər kəsə könül dolusu təşəkkürümü yetirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Qənirə Paşayevanın Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr olunmuş yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə həsr etdiyi yazıda yer alıb.

Məqalədə deyilir: “Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmanı özündə ehtiva edən uyğun vəsaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır.

Mənə görə, bu lüğət bizlərin - işgüzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bunun üçün nəşrin tirajı önəm ərz edir; lakin “e-kitabxana”lara, Tərcümə Mərkəzinin özünün elektron orqanına pdf formatında yüklənməsi ilə (yaxud sifarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemini) çözmək olar.

Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, professorlar - Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıl Məmmədov kimi görkəmli filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və “Ön söz” müəllifi Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuddur.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin öncəki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir?

1) Yazılış qaydası öncəki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib;

2) Minlərlə (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib;

3) Öncəki orfoqrafiya lüğətlərində yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri əhatə edib.

Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb - hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünün), inkişaf və tərəqqinin, deyərdim, humanitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək hazırlanıb. Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rolu olmuş dilçilərimizin zəhmətini unutmuruq - bütün qüsurları ilə yanaşı, indiyədək istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmasında rol oynayıb. Necə deyərlər, yanlışı-doğrusu ilə (imtina edilmiş metodologiya, imtina edilmiş sözlər daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasınadək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifadə etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, öncəki ilə yeni lüğəti müqayisə etdikdə açıq-aşkar fərqi görməmək mümkün deyil. Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə, variantlılıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normativlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən məna üfüqünü ifadə etməyə qadirdir; yetər ki, dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində mükəmməl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmimiz, mədəniyyətimiz üçün mühüm hadisə hesab etməkdə haqlıyıq.

Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi yanaşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimini ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsas sayılıb.

Professor Vəli Xuluflunun 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxuşlu yol keçib. Proses milli irsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə (o cümlədən milli mövqeli alimlərimizə) Stalin repressiyası dönəmində, sonrakı hakim ideologiya illərində və müstəqilliyin ilk təbəddülatlı illərindəki gərginliklərlə müşayiət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub.

Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul qurumun - Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişafı ilə bağlı tarixi çıxış və çağırışları, uğurun və inkişafın rəhnidir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlardan arındırılmasının da Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir.

Əlbəttə, mən bir deputat olaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm. Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasətinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından kənarda da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki, bu məsələlərə tərtibçinin “Ön söz”ündə də vurğu edilir.

Yəqin, o da təsadüfi deyil ki, bu günlərdə fəal ictimaiyyətçilərin, ziyalıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adi qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı. Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı. Fürsətdən istifadə edib, ziyalıların haqlı mövqeyini qəbul etdiyimi, narahatlıqlarını bölüşdüyümü bildirmək istərdim.

Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH