RƏSMİ XRONİKA
Qırğızıstan “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası, I dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyevdən
Hörmətli cənab Prezident,
Qırğızıstandakı “AZƏRİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularını çatdırır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Sizə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.
Əminik ki, müstəqil Azərbaycanın qüdrətinin daha da artması, onun xarici dövlətlər arasında güclü yer tutması, əzəli torpaqlarımızın işğaldan azad olunması, xaricdə yaşayan soydaşlarımızla tarixi Vətənimiz arasında əlaqələrin möhkəmlənməsi, diasporumuzun təşkilatlanması, Qırğızıstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması yolunda qüvvə və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz. Xalqımızın yeganə ümidi, xaricdəki soydaşlarımızın yumruq halında birləşərək güclü diaspor yaratması, Azərbaycanın imicinin dünyada tanıdılması yalnız Sizin yürütdüyünüz məqsədyönlü siyasət nəticəsində mümkündür.
Hörmətli İlham Heydər oğlu, Siz həm də dünya azərbaycanlılarının Prezidentisiniz. Daim Sizinlə birgə olacağımızı bir daha bəyan edir, xarici və daxili siyasətinizi dəstəklədiyimizi bildirir, ali dövləti vəzifənizdə Sizə bir daha uğurlar diləyirik.
Hörmətlə,
Əzizağa Əliyev
Qırğızıstan “AZƏRİ” İctimai Birliyinin sədri,
Qırğızıstanın Əməkdar Hüquqşünası,
I dərəcəli ədliyyə müşaviri