QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK BAKİYEVƏ
Hörmətli Kurmanbek Saliyeviç,
Qırğızıstanın milli bayramı – Dövlət müstəqilliyi günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Azərbaycanla Qırğızıstan arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Kurmanbek Saliyeviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Qırğızıstan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 avqust 2006-cı il.