Qırğızıstan voleybolçuları Tacikistan yığmasına qalib gəliblər
Bakı, 16 may, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 16-da İslamiadanın voleybol yarışının altıncı gününün sonuncu oyununda Qırğızıstanın və Tacikistanın qadın idmançıları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Qırğızıstan voleybolçuları ilk seti qələbə ilə başa vurublar - 25:23. Tacikistan millisi ikinci setdə qalib gələrək (25:20) ümumi hesabda tarazlığı bərpa edib - 1:1. Lakin oyunda təşəbbüsü ələ alan Qırğızıstan yığması üçüncü və dördüncü setlərdə böyük fərqlə qalib gəlib - 25:16, 25:6.
Beləliklə, görüş 3:1 hesabı ilə Qırğızıstan təmsilçilərinin xeyrinə başa çatıb.