Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qışda istiliklə təminat necə olacaq? - Müvafiq qurumlar mövsümə hazırdır

Qışda istiliklə təminat necə olacaq? -  Müvafiq qurumlar mövsümə hazırdır

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 15-dən paytaxt Bakıya və respublikanın rayonlarına istiliyin verilməsinə start veriləcək. Respublikanın 9 dağ rayonunda - Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxıda isə 34 qazanxana vasitəsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 14 sosial və təsərrüfat hesablı obyekt bu ayın 1-dən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin istilik mənbələrinə qoşulub.

Bu barədə AZƏRTAC-a məxsusi olaraq “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı məlumat verib.

O bildirilib ki, qış rejimi vaxtına keçidlə bağlı hazırlıq işləri həyata keçirilib. Bu işlər çərçivəsində qazanxanalar yoxlanılıb, təmizlənib, oradakı 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilib: “Cəmiyyətin balansında olan min kilometrdən artıq magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılıb. Harada axıntı, qəza riskləri varsa, aradan qaldırılıb. Cari və ya əsaslı təmir işləri aparılıb, axıntı qeydə alınan xətlər dəyişdirilib. Ötən il 5 qazanxana sökülüb, yerində yenisi tikilib. Bu il isə 7 qazanxana sökülərək yerində yenisi inşa edilib”.

Elvin Basqallı deyib ki, 2025-2026-cı illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin Bakı şəhərində və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 min 841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2 min 786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub. “İstiliyin qoşulması ilə bağlı müraciətlər var. Qazanxanalar yeniləndiyinə, güc artdığına, müasir tipli olduğuna görə ötən il də bir neçə bina müraciət edib və bu sistemə qoşulub. Fərdi mənzil sahibləri də müraciət edirlər və qoşulurlar. Məqsədimiz abonentlərin sayının çoxaldılması deyil, balansda olan mənzillərin və qeyri-yaşayış obyektlərinin istiliklə təminatında keyfiyyətin artmasına nail olmaqdır”, - deyə o vurğulayıb.

İstiliyin verilməsinin mümkün olmadığı yerlərin qazla təminatı məsələsinə gəlincə, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AZƏRTAC-a məxsusi olaraq bildirib ki, ölkəmizdə cari ildə 9 kəndin və 15 yeni yaşayış massivinin qazlaşması tamamlanıb, 12 kənddə və 2 massivdə qazlaşma işi davam edir. Qazlaşdırılmayan yaşayış məntəqələri isə respublikanın müxtəlif bölgələrində 900-ə yaxın kəndi əhatə edir. Bunlardan bir qisminin coğrafi mövqeyinə, ev sayına və qaz təchizatı mənbələrindən uzaq məsafədə yerləşməsinə görə qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir. “Azəriqaz" İstehsalat Birliyi maliyyə imkanları çərçivəsində hər il respublikanın müxtəlif bölgələrində müəyyən sayda kənd və massivlərin qazlaşması işlərini davam etdirir. Birlik tərəfindən daşıyıcı və paylayıcı küçə qaz kəmərləri çəkilir ki, bunun nəticəsində əhalinin qaz infrastrukturuna əlçatanlığı təmin edilmiş olur. Paylayıcı küçə qaz xətləri çəkilikdən sonra vətəndaşlar fərdi qaydada "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə öz hesablarına daxili qazlaşmanı həyata keçirirlər. Lakin daha çox sayda kənd və massivlərin qazlaşdırılması üçün əlavə maliyyə resursları tələb olunur”, - deyə o diqqətə çatdırıb.

Qazlaşdırılmamış yaşayış məntəqələrinin və qeyri-yaşayış obyektlərinin odunla təminatı məsələsinə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aydınlıq gətirilib. Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AZƏRTAC-a məxsusi olaraq bildirib ki, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır. Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır: “Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə keçid edərək tanış olmaq mümkündür”.

Ramik Əşrəfov əlavə edib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər”, - deyə xidmət rəisi vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO