“Qonağım ol” rubrikası davam edir
Bakı, 5 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf, təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi, din psixologiyası üzrə fəlsəfə doktoru Eldar Kərimov olub.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.
Görüş çərçivəsində yazar fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verib, həmçinin, canlı yayıma qoşulan izləyicilərin “Hansı motivasiya formalarında yararlanmağımızı tövsiyə edərdiniz?”, İdeal insanda hansı fərdi keyfiyyətlər olmalıdır?”, Ən çox sevdiyiniz şair hansıdır?” və digər müxtəlif sualları cavablandırıb.
Sonda Eldar Kərimov uşaqları Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təbrik edib, onlara mütaliənin insanın fərdi keyfiyyətlərinin formalaşmasında faydalı olduğunu vurğulayıb.
Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]