“QOŞA QAPI” XAÇMAZ ŞƏHƏRİNİN RƏMZİDİR
Stansiyanın açılış mərasimindən sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinin mərkəzində, Heydər Əliyev prospektində ucaldılmış “Qoşa qapı” ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, “Qoşa qapı” bu il, milli, Şərq memarlığı üslubunda inşa edilmişdir. Rayonun daxili imkanları hesabına görülən bu işdə, əsasən yerli tikinti materiallarından istifadə edilmiş, qapının üzərində böyük saat da quraşdırılmışdır. Bu, şəhərə gələn qonaqlarda da xoş təəssürat yaradır və bir növ Xaçmazın rəmzinə çevrilmişdir.
Dövlətimizin başçısı “Qoşa qapı”nın milli üslubda tikilməsindən razılığını bildirdi və şəhərə xüsusi yaraşıq verdiyini söylədi.