Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmağa mane olur
Bakı, 20 yanvar, AZƏRTAC
Kanadalı alimlərin tədqiqatı göstərib ki, qrip zamanı hərarətin süni şəkildə aşağı salınması sağalmaya maneçilik törədir, xəstəliyin daha da uzanmasına səbəb olur. Elmi mütəxəssislər etiraf edirlər ki, xəstəliyə səbəb qripin yüksəkyoluxucu yeni ştamı olduğu halda hərarətin aşağı salınması daha təhlükəlidir.
AZƏRTAC-ın “Medikforum”a istinadla verdiyi xəbərə görə, hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.
Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.
“Hərarətin süni şəkildə aşağı salınması əlavə infeksiyaların yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarır”, - deyə tədqiqatın müəllifləri bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]