DÜNYA
Qrip xəstəliyinin diaqnozunun daha sürətlə müəyyən edilməsinin üsulu tapılmışdır
Tokio, 27 yanvar (AZƏRTAC). Yaponiya alimləri qrip xəstəliyinin diaqnozunun daha sürətlə müəyyən edilməsinin yeni üsulunu tapmışlar. Yeni üsul hazırda klinikalarda tətbiq olunan adi analizlərlə müqayisədə diaqnozu 10 dəfə tez təyin etməyə imkan verir.
Dövlətin dəstəyi ilə tədqiqatlar aparan Riken Elmi Tədqiqatlar İnstitutunun alimləri DNK həlqəsini H1N1 qripinin virusuna tətbiq etməklə, bu üsulu işləyib hazırlamışlar. Mütəxəssislər bildirmişlər ki, yeni üsul hər hansı qripi müəyyən etmək üçün tətbiq edilən adi metodlara nisbətən 100 dəfə həssasdır.
Virusla xəstələnmənin sürətlə müəyyən edilməsi quş qripinə yoluxma zamanı pandemiyanın qarşısını almaq üçün həyati əhəmiyyətə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [16:22]
İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb
- 17.05.2024 [16:15]
Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib
- 17.05.2024 [16:01]
test
- 17.05.2024 [15:17]
Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib
- 17.05.2024 [12:14]
Laosun şimalında böyük Budda heykəli aşkarlanıb
- 17.05.2024 [11:55]
KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb
- 17.05.2024 [11:52]
Braziliyada daşqınlar 150-dən çox insanın həyatına son qoyub
- 17.05.2024 [11:00]