Quraqlıq Polşanın on regionunu iflic hala gətirib
Varşava, 27 iyun, AZƏRTAC
Polşada havaların quraq keçməsi on regionun kənd təsərrüfatını iflic hala gətirib.
AZƏRTAC xəbər verir ki, yağışların yağmaması, çayların suyunun kəskin azalması həm də su anbarlarında qıtlığa gətirib çıxarıb.
Ən böyük təhlükə yaz əkini olan taxıl üçün gözlənilir. Taxıl bitkiləri ölkə əkinçiliyinin 22,2 faizini təşkil edir. Quraqlıq belə davam edərsə ölkədə ciddi taxıl çatışmazlığı və bahalaşma təhlükəsi var. Eyni problem qışda əkilən taxıl bitkilərində də olub. Bu zaman da ölkənin 322 bələdiyyəsində fermerlər zərərə uğrayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]