Qusarda 140 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət yardım bağlaması paylanılıb
Qusar, 25 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda xüsusi karantin şəraitində yaşayan aztəminatlı və qayğıya ehtiyacı olan 140 ailəyə ərzaq məhsullarından ibarət yardım bağlaması paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailələrə edilən yardım kampaniyası Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilib.
Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.