İDMAN
Qusarda boks üzrə açıq rayon çempionatı başa çatmışdır
Qusar, 21 yanvar (AZƏRTAC). Qusarda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə açıq rayon çempionatı keçirilmişdir.
Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışa Qusarla yanaşı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından 100-ə yaxın boksçu qatılmışdır.
Rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov AZƏRTAC-a bildirmişdir ki, turnirin əsas məqsədİ şəhidlərin xatirəsini anmaq, eləcə də regionda boksa marağı artırmaqdan ibarətdir.
Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilmiş birincilikdə rinqə çıxmış boksçular əzmkar döyüş nümayiş etdirmişlər.
Yarışda komanda hesabında Siyəzən idmançıları birinci, qusarlı boksçular ikinci yerləri tutmuşlar. Quba idmançıları isə üçüncü olmuşlar.
Bu yarışda qalib gəlmiş idmançılardan rayon yığmalarının heyətləri müəyyənləşdiriləcəkdir.
Birinciliyin qalibləri medal və diplomlarla təltif olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [22:27]
Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəlib
- 21.05.2024 [21:44]
Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]