CƏMİYYƏT
Rabitə və informasiya texnologiyaları nazirinin Ucar rayonunda nəzərdə tutulan qəbulu dekabr ayında keçiriləcəkdir
Bakı, 14 noyabr (AZƏRTAC). Əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan vətəndaşların və daxil olan müraciətlərin yetərincə olmadığı əsas götürülərək, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayında Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) nəzərdə tutulan qəbulu dekabr ayının birinci yarısında keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə qəbulla bağlı əhalinin daha dolğun məlumatlandırılması, müvafiq təbliğat işlərinin aparılması planlaşdırılır. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbula "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt" və 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə yazılmaq olar.