Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının ilk iclası keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iclasda qeyd edilib ki, ictimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsidir.
İclasda daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.