ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq elmi bazaya daxil olan jurnalda dərc edilib
Bakı, 7 yanvar, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları - dosent Aygün Nəsibova və professor Rövşən Xəlilovun həmmüəllifi olduqları “Müxtəlif ərazilərdən olan bioloji sistemlərdə endogen paramaqnit mərkəzlərin öyrənilməsi” sərlövhəli məqalə “Scopus” elmmetrik bazasına daxil olan jurnalda (“Magnetic Resonance Part B, Magnetic Resonance Engineering”) dərc edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalədə Abşeron yarımadasının müxtəlif bioloji sistemlərində biominerallaşma hadisəsi nəticəsində nanofazalı dəmir oksidi maqnit hissəciklərinin yaranması və bu hadisəyə stres amillərinin təsiri müzakirə olunub.
Qeyd edək ki, alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi və biotibdə tətbiqi perspektivləri baxımından yüksək aktuallığa malikdir.