REFERENDUMA HAZIRLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
İyulun 18-də Qadın Problemləri üzrə dövlət komitəsində keçirilmiş konfransda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi \referendum/ keçirilməsi haqqında” məsələ müzakirə edilmişdir.
Konfransı giriş sözü ilə komitənin sədri Zəhra Quliyeva açdı.
Milli Məclisin deputatı, YAP icraçı katibinin müavini Bahar Muradova konfransda məruzə etdi. O dedi ki, ölkəmizdə son illər baş vermiş dəyişikliklər qarşıdakı referendumun keçirilməsini zəruri etmişdir. Yəni Azərbaycan son bir neçə ildə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmuş, ölkəmizdə seçki sistemi təkmilləşdirilmiş, məhkəmə islahatları həyata keçirilmişdir. Bunlarla əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurəti yaranmışdır.
Natiq həmçinin referenduma hazırlıq və onun keçirilməsi ilə bağlı respublikamızın qadın cəmiyyətləri və təşkilatlarının, vəzifələrindən danışdı.
Respublika Şəhid Analar Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, Ombudsman Elmira Süleymanova, Neftçi Qadınlar Cəmiyyətinin sədri Solmaz Hacıyeva, YAP Səbael rayon Qadınlar Şurasının sədri Nübar Muxtarova, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Svetlana Bayramova müzakirə olunan məsələ ətrafında çıxış edərək, ölkəmizdə referendum keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirdilər.
Qadın problemləri üzrə dövlət komitəsinin sədri Zəhra Quliyeva konfransın işinə yekun vurdu.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [18:20]
YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb
- 22.05.2025 [17:48]