İQTİSADİYYAT
Regionlarda genişzolaqlı internet istifadəçilərinin sayı 2,2 dəfə artmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin (İB) telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə artaraq 114 mini ötmüşdür.
RİTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9 faiz təşkil edir. Ötən ilin əvvəlində bu göstərici 10,9 faiz olmuşdur.
Özəl internet-servis-provayderlərin biznesinin paytaxtın hüdudlarından kənarda inkişafı üçün bütün lazım olan şəraiti yaradılmışdır